Icma.az
close
up
RU
Almaniyada seçkilərin qalibi CDU/CSU ittifaqı koalisiya barədə SPD ilə danışıqlara başlayır

Almaniyada seçkilərin qalibi CDU/CSU ittifaqı koalisiya barədə SPD ilə danışıqlara başlayır

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Almaniyada fevralın 23-də keçirilmiş federal seçkilərin qalibi Xristian Birlik ittifaqı (CDU/CSU) koalision hökumət qurmaq üçün Sosial Demokrat Partiyası (SPD) ilə danışıqlara başlamağı planlaşdırır. SİA “Zeit” qəzetinə istinadla xəbər verir ki, tərəflərin hər birindən 9 nəfərin qatılacağı görüşün cümə günü keçirilməsi nəzərdə tutulur. SPD-nin açıqlanan nümayəndə heyətinin tərkibində partiyanın həmsədləri Lars Klinqbayl və Saskia Esken, müdafiə naziri Boris Pistorius və əmək naziri Hubertus Hayl da var. Birliyin nümayəndə heyətinin tərkibi açıqlanmasa da, CDU lideri və ehtimal olunan gələcək Kansler Fridrix Merts, CSU-nun lideri və Bavariya əyalətinin Baş naziri Markus Söder, CDU-nun və CSU-nun baş katiblərinin danışıqlarda iştirak edəcəkləri gözlənilir.

Hər iki partiya seçki kampaniyası dövründə bir-birini sərt şəkildə tənqid etsə də, seçkilərdən sonra koalision hökumətin formalaşdırılması üçün ən mümkün variant məhz CDU/CSU və SPD-dən ibarətdir. Lakin hər iki tərəf arasında bir sıra ciddi məsələlərdə, o cümlədən miqrasiya siyasəti, borc məhdudiyyəti və Rusiya-Ukrayna müharibəsi kimi mövzularda ciddi fikir ayrılığı olduğundan danışıqların heç də rahat keçməyəcəyi ehtimal edilir.

Fevralın 23-də keçirilmiş federal seçkilərdə 28,52 faiz səslə birinci olan CDU/CSU ittifaqı Bundestaqdakı 630 deputat mandatından 208-nə sahib olub. Seçkilərdə 16,41 faiz səs toplayan SPD isə 120 deputat yerinə malikdir. Hökumətin qurulması üçün parlamentdə ən azı 316 deputat mandatına sahib olmaq lazımdır.

İfrat sağçı Almaniya üçün Alternativ partiyası (AfD) seçkilərdə 20,8 faiz səslə ikinci olsa da, digər partiyaların onunla eyni koalisiyada yer almağı rədd etməsi AfD-nin hökumətdə təmsil olunmaq ehtimalını azaldır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://sia.az
archiveBu xəbər 28 Fevral 2025 02:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see451

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see256

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see250

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see233

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see227

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see224

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see222

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see221

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see215

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see208

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see203

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see202

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see200

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see198

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see194

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see193

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see191

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see188

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see181

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri