Almaniyada silahlı insident: Türkiyəli güllələndi
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Menden şəhərində silahlı insident baş verib.
Axar.az xəbər verir ki, hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Onlardan biri həlak olub. Digər şəxs isə təcili yardım helikopteri ilə xəstəxanaya çatdırılıb. Həmin şəxsin Türkiyə əsilli olduğu bildirilir.
Silahlı hücumu törədən şəxs hadisə yerindən qaçıb. Faktla əlaqədar istintaq qrupu yaradılıb və hücumu törədən şəxsin axtarışları davam etdirilir.
Xatırladaq ki, ötən gün Saarland əyalətinin Völklingen şəhərində yanacaqdoldurma məntəqəsinə silahlı basqın edən şəxs onu saxlamağa çalışan polis əməkdaşlarından birini qətlə yetirmişdi. Həmin hadisəni törədən şəxs yaralı halda saxlanılmışdı.
Bu mövzuda digər xəbərlər:Almaniyada silahlı insident: 5 ölü
29 İyun 2026 16:25
Türkiyəli futbolçu Almaniyada klubunu dəyişdi
21 Aprel 2026 18:06
Almaniyada türkiyəli futbolçuya 3 oyunluq cəza verildi
28 Oktyabr 2025 12:20
Almaniyada silahlı insident olub, ölən və yaralanan var
22 Avqust 2025 22:56
Almaniyada silahlı insident nəticəsində ölənlərin sayı 6 ya çatıb
30 İyun 2026 12:31
Baxış sayı:155
Bu xəbər 22 Avqust 2025 22:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















