Almaniyadakı ABŞ aviabazası yaxınlığında naməlum dronlar müşahidə edilir “Der Spiegel”
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son həftələr Almaniyadakı bir sıra sənaye obyektləri və ABŞ-ın Almaniyadakı “Ramşteyn” aviabazasında naməlum dronlar müşahidə edilib.
Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” yazıb.
Nəşr yazır ki, Almaniya təhlükəsizlik orqanlarının məxfi hesabatına görə, dekabrın 3-ü və 4-ü axşamları ABŞ-ın böyük hərbi bazası üzərində çoxlu pilotsuz təyyarələr aşkar edilib. İntensiv axtarış səylərinə baxmayaraq, hər hansı PUA operatoru tapılmayıb.
“Der Spiegel” qeyd edir ki, son həftələr Almaniyanın müdafiə konserni “Rheinmetall” və kimya nəhəngi BASF-ə məxsus obyektlər üzərində uçan pilotsuz təyyarələr də müşahidə edilib, lakin onların mənşəyini müəyyən etmək mümkün olmayıb.
Almaniya Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 13 Dekabr 2024 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















