Icma.az
close
up
RU
İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İlin yekunları: Azərbaycan 2025-ci ildə TikTok-da kimlərdən və nədən ilham aldı

Qısa videoların izlənməsi və yaradılması üzrə aparıcı platforma olan TikTok 2025-ci ilin yekunlarını açıqlayaraq, Azərbaycanda seçilən kreatorların və əsas təşəbbüslərin siyahısını təqdim edib.
Dünyada hər gün 1 milyarddan çox insan TikTok-a daxil olaraq ilham almaq və başqalarını ilhamlandırmaq, biliklərini bölüşmək, özünənəxsus məzmun yaratmaq və sadəcə olaraq özlərinin və digərlərinin əhval-ruhiyyəsini yüksəltmək üçün platformadan istifadə edir. TikTok-da 2025-ci il yeni kəşflər dövrü oldu: ilhamverici hekayələr, kiçik bizneslər və istifadəçilərin sevimlisinə çevrilmiş istedadlı kreatorlar, Azərbaycan mədəniyyətini yeni prizmadan təqdim edən və ölkənin tükənməz yaradıcılıq potensialını üzə çıxaran məzmunlar.
TikTok bir daha sübut etdi ki, o, təkcə istirahət məkanı deyil, eyni zamanda hər kəsin öz istedadını ortaya qoya və populyarlıq qazana bildiyi bir platformadır; burada kiçik bizneslər müştərilərini tapır, tematik və maarifləndirici təşəbbüslər həyata keçirilir, milli koloritə malik kontent isə tövsiyələrdə ön sıralara yüksəlir. Gəlin, TikTok istifadəçilərinin bu ili necə formalaşdırdığını bir daha xatırlayaq!
Yenə də yemək: kulinariya kontentinin parlaq müəllifləri
• @dadlidir.az – fərqli və dadlı yeməklər hazırlayır;
• @foodie_moodie_n – yeməyi və bişirməyi sevən, bir-birindən dadlı reseptləri bölüşən yaradıcı;
• @easyandtasty.ph - qısa və dinamik videolar vasitəsilə yemək bişirmə prosesini addım-addım izah edir;
• @jeyhunabadov – peşəkar aşpazın iştah açıcı səhifəsi;
• @esya_mustafazadeh – yaradıcı, yemək bişirməyi asan, maraqlı və hər kəs üçün əlçatan göstərir;
• @fehtiram – möhtəşəm reseptlər, keyfiyyətli təqdimat və işinə sevgi;
• @coookholic - Ləzzətli yemək paylaşımları ilə seçilən bu səhifə, sadə reseptlərdən tutmuş maraqlı dad kombinasiyalarına qədər mətbəx ilhamı təqdim edir.
• @shabi_faraj – kənd həyatı və ev mətbəxinin səmimiliyini və dadlarını əks etdirir;
• @imhungry.az – qeyri-adi yemək və şirniyyatlar hazırlayan yaradıcısı;
• @littlestrawberrykitchen - yeməklərin hazırlanmasını vizual baxımdan cəlbedici və izləyicini cəlb edən formada təqdim edir.
TikTok-da öyrən: Azərbaycanda maarifləndirici kontentin ən maraqlı müəllifləri
• @lingoaz — lüğət ehtiyatını və qrammatikanı inkişaf etdirməyə kömək edən, asan qavranılan ingilis dili dərsləri hazırlayır;
• @rusdilimarafon — hər gün istifadəçilərə yeni söz və ifadələri öyrənməyə kömək edən rus dili müəllimidir;
• @rusmaster.rusdili — rus dilinin qrammatikasındakı incə məqamları izah edir;
• @vugar_mammadov — yumor, əyləncəli səhnəciklər və kreativ təqdimatla ingilis dilini maraqlı şəkildə öyrədir;
• @aidaaydin — Azərbaycan dilində nitq və diksiya üzrə təlimçi;
• @riyaziyyatonlinee — riyazi məsələlərin həlli üçün ətraflı izahlar və faydalı “layfhak”lar paylaşır;
• @madam.fufu555 — eyni anda üç dili — çin, koreya və yapon dillərini öyrənməyə kömək edən poliqlot müəllimdir.
Sərhədsiz səyahətlər: istifadəçilərə yeni istiqamət və məkanları kəşf etdirən müəlliflər
• @alishk.a — avtomobil səyahətləri və Bakı ətrafında istirahət məkanlarıı haqqında kontent üzrə ixtisaslaşıb;
• @dailybaku — paytaxtın maraqlı istirahət məkanları, restoranları və gözəl mənzərələrə malik məkanlar haqqında video paylaşır;
• @vahidhasti — düşərgə istirahətini təbliğ edən və Azərbaycanın təbiət gözəlliklərini nümayiş etdirən səyahət edən cütlük;
• @victoriarazminovich — əslən latviyalı olan bir xanımın gözü ilə Bakıda həyat: şəhərdəki məkanlara baxış;
• @elcin.tahmazov — kontent müxtəlifliyi ilə seçilən müəllif: ölkə üzrə səyahət tövsiyələri verir və mədəni məkanlardan ekstremal idman növlərinədək geniş mövzuları əhatə edir;
• @ayaz__kara — Azərbaycanda daxili turizmin imkanlarının zənginliyini nümayiş etdirir: onun hesabında adi turizm bələdçilərindən daha ətraflı məlumat tapmaq mümkündür;
• @kampinist.az — düşərgə, təbiət və açıq hava səyahətləri ilə bağlı faydalı məlumatlar və tövsiyələr paylaşır;
• @orkhanhu — dron çəkilişləri vasitəsilə doğma ölkənin gözəlliklərini göstərir və istifadəçiləri səyahətə həvəsləndirir.
Milli mədəniyyət: milli irsi təbliğ edən müəlliflər
• @mira_ressam - bu rəssam öz əsərləri vasitəsilə yaradıcılıq prosesini izləyicilərə yaxınlaşdırır və sənəti hər kəs üçün anlaşılan, cəlbedici formatda təqdim edir.
• @humayqadimova86 - milli musiqi irsimizi müasir formatda təqdim edərək sənətə gənc auditoriyanın marağını artırır.
• @baylarlii - gənc tarzənin səhifəsi milli musiqimizi dinamik ifa və müasir vizual təqdimatla gənc auditoriyaya sevdirir.
• @zekiveliyev - milli musiqi ənənələrini müasir təqdimatla birləşdirərək tar sənətinin gənc nəsil arasında tanıdılmasına və mədəni irsimizin qorunmasına xidmət edir.
• @reqsdersleri - rəqs sənətini geniş auditoriyaya əlçatan edərək hərəkət mədəniyyətinin yayılmasına və müasir mədəni ifadə formalarının inkişafına töhfə verir.

• @purplesevinjsefail - klassik və müasir Azərbaycan şairlərinin əsərlərini yeni auditoriyaya təqdim edərək ədəbi irsimizin yaşadılmasına və mədəniyyətimizin davamlı inkişafına dəstək verir.
• @millipapaq_azerbaijan - ənənəvi sənətkarlığı müasir auditoriyaya çatdıraraq milli geyim mədəniyyətimizin qorunmasına və inkişafına mühüm töhfə verir.
Yerli biznes: TikTok-da biznesini aktiv şəkildə inkişaf etdirən azərbaycanlı sahibkarlar
• @nihatstylist – Məşhur stilistlərdən biri; Zövqlü və dəbli saç modelləri ilə izləyiciləri arasında kifayət qədər tanınır.
• @mammadov.murad – Zərif, maraqlı və original əl işləri ilə diqqət çəkir;
• @ferman_51 – bu rəssam yaradıcılıq prosesini və əsərlərini geniş auditoriyaya təqdim edərək incəsənətə marağı artırır və şəxsi brendinin inkişafına dəstək olur.
• @gamarjoba.restoran.333 – Məşhur gürcü təamlarını təqdim edən restoran;
• @stilist.emil – məşhur stilistlərdən olub xanımlara necə saç düzümünün, rənginin yaraşacağını tövsiyə edib daha sonra icra edir.
• @halvacimacid – müxtəlif növ halva, şirniyyat məhsullarını nümayiş etdirir, bir neçə filialında satışını həyata keçirir.
• @eldar_aghayev_design_- Zövqlü interyer dizayn, təmir tə tikinti işləri ilə seçilir, eyni zamanda bu sahə üzrə maarifləndirici m2əlumatlar bölüşür
• @strafor_kesim – Toy və müxtəlif tədbirlərin dekorasiyasını edən zövlq və unikal işləri ilə seçilən şirkətlərdən biri;
• @sacriaatelier – Müxtəlif aksesuarların hazırlanması və satışı ilə məşğul olan yaradıcı hesablarından biri;
• @raufmukhtarof – Zövqlü və keyfiyyətli dəri aksesuarları hazırlayan sənətkar hesabı.
2025-ci ildə TikTok-un əlamətdar hadisələri
#Novruz2025: Milli mədəniyyətin təşviqi
Bu il platforma ilk dəfə olaraq bahar bayramı olan Novruzu Azərbaycandakı icması ilə birlikdə qeyd edib. TikTok genişmiqyaslı bayram onlayn festivalı üçün bir platformaya çevrildi: #Novruz2025 həştəqi ilə istifadəçilər bayrama necə hazırlaşdıqlarını və onu necə qeyd etdiklərini əks etdirən 12 mindən çox video hazırladılar, bayram təamlarının reseptlərini paylaşdılar və ölkələrinin ənənələrinin gözəlliyini nümayiş etdirdilər. TikTok-da keçirilən onlayn festival Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutdu.

İstifadəçilərin rəqəmsal təhlükəsizliyinin və rifahının gücləndirilməsi

TikTok platformada təhlükəsizlik və istifadəçi rifahı alətlərinin inkişafını aktiv şəkildə davam etdirərək daha rahat və təhlükəsiz rəqəmsal mühit formalaşdırıb. Platforma İcma Qaydalarını yeniləyərək sadələşdirib, yeniyetmələrin qorunmasına və sağlam rəqəmsal vərdişlərin formalaşdırılmasına yönəlmiş funksiyaları genişləndirib, həmçinin təsdiqləyici ifadələr, sakitləşdirici səslər və nəfəs məşqlərini əhatə edən “Vaxt və rifah” bölməsini istifadəyə verib.
Bununla yanaşı, müəlliflər üçün alətlər də təkmilləşdirilib — şərhlərin idarə olunmasından və LIVE yayımlarında kontentin nəzarətindən tutmuş, paylaşımların əvvəlcədən yoxlanılmasına və mesajlarla işləmək üçün yenilənmiş funksiyalara qədər. Eyni zamanda, TikTok məşhur kreatorlarla birgə hazırlanmış, rəqəmsal savadlılığa həsr olunmuş ilk azərbaycandilli maarifləndirici layihəsini — #ÖncəTəhlükəsizlik layihəsini təqdim edib.
#AzərbaycanMüəllimləri: maarifləndirici kontentə marağın artması
TikTok #AzərbaycanMüəllimləri adlı ilk müsabiqəyə təşəbbüs göstərib və onu Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirib. Müsabiqə biliklərin və maarifləndirici kontentin təbliği üçün kreativ formatlarla eksperiment etməkdən çəkinməyən, ölkənin müxtəlif bölgələrindən yüzlərlə istedadlı müəllimi bir araya gətirib.
Layihədə iştirak üçün ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də kolleclərin və ali təhsil müəssisələrinin müəllimləri dəvət olunub — onlar platformada öz fənləri üzrə maarifləndirici videolar paylaşıblar. Layihənin nəticələrinə əsasən, rəsmi #AzərbaycanMüəllimləri həştəqi altında paylaşılan tədris videolarının sayı 4 mindən çox olub.
“Bu il, biliklərin yayılmasına, mədəni irsin qorunmasına və müsbət rəqəmsal mühitin formalaşdırılmasına töhfə verən yaradıcı və maarifləndirici kontentin təsir gücünün nə qədər böyük olduğunu açıq şəkildə ortaya qoydu. Azərbaycanda Novruz bayramına həsr olunmuş ilk festivalımız platformada ilin ən böyük mədəni hadisəsinə çevrildi; ölkənin hər yerindən müəllimlər yaradıcılıqlarını sınamaq və biliklərini yüz minlərlə istifadəçi ilə bölüşmək imkanı əldə etdilər, sahibkarlar isə bizneslərini inkişaf etdirmək üçün TikTok-un imkanlarından istifadəni davam etdirdilər. Biz bundan sonra da müəllifləri dəstəkləməyə, mədəniyyət, təhsil və rəqəmsal savadlılıq sahələrində təşəbbüsləri inkişaf etdirməyə, həmçinin istifadəçilərin rahat mühitdə özlərini sərbəst və yaradıcı şəkildə ifadə etmələrinə dəstək verməyə davam edəcəyik”, — deyə TikTok-un Azərbaycan, Türkiyə, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməliyyatlar departamentinin rəhbəri Melis Çağlar bildirib.

TikTok haqqında
TikTok aparıcı qısa video tətbiqidir. Bizim missiyamız insanları yaradıcı olmağa ruhlandırmaq və onlara sevinc bəxş etməkdir.

Oxuməni.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 18 Dekabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see284

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see231

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see197

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see189

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see177

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see176

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see174

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see170

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see164

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see162

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see160

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see160

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see156

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see144

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see138

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see138

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see134

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see133

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri