Icma.az
close
up
RU
Almaniyadan 80 il sonra ilk dəfə xarici ölkəyə qoşun yerləşdirib

Almaniyadan 80 il sonra ilk dəfə xarici ölkəyə qoşun yerləşdirib

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya İkinci Dünya Müharibəsindən sonra ilk dəfə xarici ölkə ərazisində daimi qoşun yerləşdirməyə başlayıb.

Bizimyol.info xəbər verir ki, NATO şərq cinahını qorumaq üçün Litvaya qoşun yerləşdirib. Briqadadakı əsgərlərin sayı 2027-ci ilin sonuna kimi 5 min nəfərə çatdırılacaq.

Almaniya kansleri Fridrix Merz və müdafiə naziri Boris Pistorius bir gün əvvəl Litvada olan alman kontingentini ziyarət ediblər.

Srağagün rəsmi olaraq xidmətə başlayan briqadada ilk mərhələdə əsgərlərin sayı 400-dən 500-ə çatdırılacaq. Briqadada xidmət edən şəxsi heyətin sayının 2026-cı ilin ortalarına qədər 2000 nəfərə, 2027-ci ilin sonuna qədər isə 5000 nəfərə çatdırılması planlaşdırılır.

Briqadanın formalaşdırılması üçün infrastruktur və hərbi strukturu hazırlamaq üçün 2024-cü il aprelin 1-də kiçik hərbi hissə Litvaya gedib.

Ukraynada Rusiya ilə müharibənin başlamasından sonra müdafiəsini gücləndirmək üçün addımlar atan Almaniya, İkinci Dünya Müharibəsindən 80 il sonra ilk dəfə olaraq xarici ölkəyə qoşun yeridib.

NATO-nun şərq cinahını qorumaq məqsədi ilə qoşunların yerləşdirilməsində ilk addım 2023-cü ilin iyununda Almaniyanın müdafiə naziri Pistoriusun Litvaya səfəri ilə atılıb. Razılaşmaya əsasən, briqada təxminən 2000 ağır silahla təchiz edilmiş 4800 hərbçi və 200 mülki heyətdən ibarət olacaq. İşçilər ailələrini özləri ilə apara biləcəklər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 May 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see696

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see537

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see486

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see355

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see338

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see289

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see275

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see269

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see256

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see233

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see229

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see228

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see228

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see215

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see215

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see209

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see192

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see188

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see186

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri