Almaniyalı siyasətçi: Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında nümunəvi birgə həyat mövcuddur
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Azərbaycanda yəhudilər, xristianlar və müsəlmanlar arasında nümunəvi birgə həyat mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycana səfər etmiş Almaniya Prezidenti Fran-Valter Ştaynmayerin nümayəndə heyətinin üzvü, Xristian Demokratlar İttifaqından (CDU) olan siyasətçi Armin Laşet X sosial şəbəkəsindəki paylaşımında qeyd edib.
Paylaşımında Almaniya Prezidentinin ölkəmizdəki dini icmaların nümayəndələri ilə görüşü zamanı baş ravvin Şneor Seqalın Azərbaycanda heç bir antisemitizm hadisəsinin baş vermədiyini bildirdiyini vurğulayan siyasətçi qeyd edib ki, bu ölkədə yəhudi həyatı əsrlər boyu mövcud olub və bütün xarici təzyiqlərə baxmayaraq, dövlət yəhudi və xristian həyatını dəstəkləyir. O, həmçinin bildirib ki, Azərbaycanda şiələr və sünnilər bəzən eyni məsciddə birlikdə ibadət edirlər.
Armin Laşet 2017-2021-ci illərdə Şimali Reyn-Festfaliya əyalətinin Baş naziri, 2021-ci ilin yanvarından 2022-ci ilin yanvarınadək CDU-nun lideri olub. O, Almaniyanın xarici işlər naziri vəzifəsinə əsas namizədlərdən biridir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Baxış sayı:107
Bu xəbər 03 Aprel 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















