Almaniyanın Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az Almaniya mediasına istinadla xəbər verir ki, Şuradakı səsvermədə 16 əyalətdən 12-nin nümayəndələri paketin lehinə səs verib, 4 əyalətin - Brandenburq, Reynland-Pfalts, Saksoniya-Anhalt ve Türingiyanın nümayəndələri bitərəf qalıblar.
Üç gün əvvəl Bundestaqda səsə qoyularaq qəbul edilən paketdə yer alan əsas məsələlərdən biri Konstitusiyada da əksini tapan “borc məhdudiyyəti” mexanizminin dəyişdirilməsidir. Bu mexanizm hökumətin xərclərdən daha çox borc almasına imkan vermirdi. Lakin iqtisadi durğunluqla üzləşən və müdafiə xərclərini artımaq istəyən Almaniyada formalaşdırılmaqda olan yeni hökumət bu mexanizmi dəyişdirməyə can atırdı. Artıq hökumət müdafiə sahəsində “borc məhdudiyyəti” ilə üzləşmədən əlavə vəsait xərcləyə biləcək.
Bundan başqa, infrastruktur və iqlim məsələləri ilə bağlı 500 milyard avroluq xüsusi büdcənin ayrılması ilə bağlı da səsvermə müsbət nəticələnib. Federal hökumət bu vəsaitin dörddəbirini, əyalət hökumətləri isə beşdəbirini istifadə edə biləcək.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Üç gün əvvəl Bundestaqda səsə qoyularaq qəbul edilən paketdə yer alan əsas məsələlərdən biri Konstitusiyada da əksini tapan “borc məhdudiyyəti” mexanizminin dəyişdirilməsidir. Bu mexanizm hökumətin xərclərdən daha çox borc almasına imkan vermirdi. Lakin iqtisadi durğunluqla üzləşən və müdafiə xərclərini artımaq istəyən Almaniyada formalaşdırılmaqda olan yeni hökumət bu mexanizmi dəyişdirməyə can atırdı. Artıq hökumət müdafiə sahəsində “borc məhdudiyyəti” ilə üzləşmədən əlavə vəsait xərcləyə biləcək.
Bundan başqa, infrastruktur və iqlim məsələləri ilə bağlı 500 milyard avroluq xüsusi büdcənin ayrılması ilə bağlı da səsvermə müsbət nəticələnib. Federal hökumət bu vəsaitin dörddəbirini, əyalət hökumətləri isə beşdəbirini istifadə edə biləcək.
AzVision.az
Bu mövzuda digər xəbərlər:Aİ Şurası 1,5 milyard avroluq müdafiə sənayesi proqramını təsdiqləyib
08 Dekabr 2025 18:14
Mikayıl Cabbarov Almaniyanın biznes nümayəndələri ilə görüşüb
04 Aprel 2025 14:01
Almaniyanın dəniz sənayesinin nümayəndələri DDLA da FOTOLAR
12 Sentyabr 2025 14:55
Aİ Şurası 150 milyard avroluq müdafiə fondunu dəstəkləyir
27 May 2025 14:36
Aİ Şurası Ukraynaya 3,5 milyard avro tranşı təsdiqləyib
17 Mart 2025 14:43
Baxış sayı:128
Bu xəbər 22 Mart 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















