Almaniyanın Gürcüstandakı səfiri Berlində məsləhətləşmələrdən sonra Tbilisiyə qayıdıb
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Berlində məsləhətləşmələrdən sonra bu gün Tbilisiyə qayıdıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında bildirilib.
Qeyd olunub ki, səfir XİN-nin hərtərəfli dəstəyi ilə Gürcüstandakı fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, Almaniya Gürcüstandakı səfirini məsləhətləşmələr üçün bu ilin oktyabrın 19-da geri çağırmışdı. Gürcüstan hökuməti diplomatı ölkədə radikal gündəmin təşviqində və Almaniya ilə münasibətlərə ciddi xələl gətirməkdə ittiham edir. Baş nazir İrakli Kobaxidze bu yaxınlarda bildirib ki, Almaniya yeni səfir təyin edəndən sonra Gürcüstan hökuməti onunla əməkdaşlığa açıq olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 06 Noyabr 2025 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















