Icma.az
close
up
RU
Azərbaycanda hava döyüşü: ölən və əsir düşənlər oldu 53 il əvvəl

Azərbaycanda hava döyüşü: ölən və əsir düşənlər oldu 53 il əvvəl

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

53 il əvvəl - 1973-cü il noyabrın 28-də sovet hərbi aviasiyası tarixində ilk dəfə reaktiv təyyarə ilə hava taranı həyata keçirilib. MiQ-21SM qırıcısının pilotu, kapitan Gennadi Yeliseyev SSRİ-nin hava sərhədini pozan İranın RF-4C “Phantom” kəşfiyyat təyyarəsini zərərsizləşdirib.

Hadisə Azərbaycanın Muğan düzündə baş verib. Həmin gün saat 12:20-də sovet hərbi komandanlığına İran Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin SSRİ hava məkanını pozması barədə məlumat daxil olub. Kapitan Yeliseyevə müdaxilə edən təyyarəni ələ keçirmək əmri verilib.

MiQ-21SM ilə havaya qalxan Yeliseyev qısa müddətdə “Phantom”u yaxalayıb. O, hədəfə iki cüt “hava-hava” tipli R-3 raketi buraxsa da, İran təyyarəsinin istilik tələlərindən istifadə etməsi səbəbindən raketlər hədəfə dəyməyib.

Topdan atəş açmağın sərhədə yaxın məsafədə riskli olduğunu nəzərə alan pilot qarşısındakı təyyarəni başqa üsulla dayandırmalı olub. Komanda məntəqəsindən ona uçuşu istənilən qiymətə dayandırmaq əmri verilib. Yeliseyevin son radio cavabı “Başa düşdüm, yerinə yetirirəm” olub.

Bundan sonra sovet pilotu MiQ-21SM ilə İran təyyarəsinin quyruq hissəsinə zərbə endirib. Nəticədə “Phantom” idarəetməni itirib, onun heyəti katapult edərək xilas olub və sovet sərhədçiləri tərəfindən saxlanılıb.

Yeliseyevin təyyarəsi isə toqquşmadan sonra idarəetməni itirməyib. Lakin pilot radioəlaqəyə çıxmayıb və bir müddət sonra qırıcı dağa çırpılıb.

Kapitan Gennadi Yeliseyev ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Onun adı xidmət etdiyi hərbi hissənin şəxsi heyət siyahısına əbədi olaraq daxil edilib, xidmət etdiyi eskadrilyaya isə “Yeliseyev eskadrilyası” adı verilib.

Hadisədən sonra aparılan araşdırmada hava hücumundan müdafiə sistemində xidmət edən zabitlərin hazırlığı ilə bağlı çatışmazlıqlar da qeyd edilib. Bəzi şahid ifadələrində Yeliseyevin hədəfə gec yönləndirildiyi, idarəetmə məntəqəsində texniki nasazlıq baş verdiyi bildirilir.

İran pilotu mayor Şokuniya və onunla birlikdə uçan ABŞ polkovniki Con Sanders hadisədən 16 gün sonra azad ediliblər. Şokuniya sonradan hərbi xidmətini davam etdirib və 1982-ci il yanvarın 27-də İran-İraq müharibəsi zamanı həlak olub.

Qeyd edək ki, Gennadi Yeliseyevin 1973-cü il noyabrın 28-də həyata keçirdiyi hava taranı reaktiv təyyarənin iştirakı ilə tarixdə qeydə alınan ilk belə hadisə kimi təqdim olunur. /Trend

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Noyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see338

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see329

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see326

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see314

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see312

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see301

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see301

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see293

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see273

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see269

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see268

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see266

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see264

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see261

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see259

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see255

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see252

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see233

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see220

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri