Almaniyanın hərbi gücünün artması Avropada narahatlıq yaradıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Almaniyanın hərbi imkanlarını sürətlə genişləndirməsi Avropanın bir sıra ölkələrində narahatlıq yaradıb.
Yeniavaz.com “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir ki, Almaniyada Fridrix Merts hökuməti hərbi sahəyə milyardlarla dollar vəsait ayırmaq qərarına gəlib.
Nəticədə bəzi Avropa rəsmiləri Almaniyanın hərbi gücünün artmasının qitədəki güc balansını dəyişə biləcəyindən ehtiyat edirlər.
Polşalı analitik Lukaş Yasinski bu prosesi inqilab adlandırıb. Onun sözlərinə görə, Almaniyanın hərbi gücünün artması ölkənin qonşularına, Avropa İttifaqına və transatlantik münasibətlərə təsir göstərəcək. Analitik Almaniyanın Avropanın təhlükəsizliyi üçün vacib olduğunu, lakin onun Avropa üçün həddindən artıq güclü olmamalı olduğunu bildirib.
Qəzetin məlumatına əsasən, Polşada Almaniyada sağçı qüvvələrin hakimiyyətə gəlməsi halında köhnə ərazi iddialarının yenidən gündəmə gətirilə biləcəyi ilə bağlı narahatlıq var. Fransada isə Almaniyanın Avropanın aparıcı hərbi gücü kimi ölkəni geridə qoya biləcəyindən ehtiyat edilir.
Məlumata görə, Almaniya son dövrlərdə müdafiə sahəsində bəzi Avropa müttəfiqləri ilə əməkdaşlığını azaldıb. 2025-ci ildə ölkənin hərbi xərclərinin təxminən üçdə ikisi Almaniya şirkətlərinə yönəlib. Təxminən 30 faiz əsasən Almaniyada Amerika silah sistemlərinin istehsalına, 10 faizə yaxın vəsait isə Avropadan kənar xərclərə ayrılıb.
Qəzetin yazdığına görə, bu vəziyyət Almaniyanın hərbi gücünün artırılmasının Avropanın ümumi təhlükəsizliyinə və ölkələr arasındakı münasibətlərə təsiri ilə bağlı müzakirələri gücləndirib.
Bu mövzuda digər xəbərlər:Almaniyanın gələcək kansleri: Avropada vəziyyət pisləşib
25 Fevral 2025 11:42
Ceyhun Bayramov: Avropada dözümsüzlüyün artması narahatlıq doğurur
05 Dekabr 2024 20:52
Avropada ayrıseçkiliyin artması narahatlıq doğurur Ceyhun Bayramov
05 Dekabr 2024 21:50
Almaniyanın yeni hərbi strategiyası və Avropada güc balansının dəyişməsi
23 Aprel 2026 17:17
ABŞ ın yeni sülh planı Avropada narahatlıq yaradıb
21 Noyabr 2025 17:07
Baxış sayı:175
Bu xəbər 20 Sentyabr 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















