Icma.az
close
up
RU
Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

Almaniyanın iki hərbi gəmisi Qırmızı dənizə daxil olub

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Berlin, 18 iyun, AZƏRTAC

Almaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Fulda” minaaxtaran və “Mosel” təminat gəmiləri iyunun 18-də Süveyş kanalını keçərək Qırmızı dənizə daxil olub. Gəmilər Böyük Britaniyaya məxsus “Lime Bay” təchizat gəmisi ilə birlikdə çoxmillətli dəniz qrupunun tərkibində Cibutiyə doğru hərəkət edir.

AZƏRTAC xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin yaydığı məlumatda səfər zamanı “Fulda” və “Mosel” gəmilərinin Avropa İttifaqının “EUNAVFOR ASPIDES” missiyası çərçivəsində fəaliyyət göstərəcəyi və Qırmızı dənizdə dəniz vəziyyəti barədə operativ məlumatların formalaşdırılmasına töhfə verəcəyi bildirilib. Cibutiyə keçidin 5-7 gün davam edəcəyi gözlənilir. Alman hərbi gəmiləri limanda logistika təminatı aldıqdan sonra gələcək mümkün əməliyyatlar üçün əlavə hazırlıq tədbirləri həyata keçirəcək.

Nazirliyin məlumatında qeyd olunub ki, mümkün missiyaya hazırlıq məqsədilə hər iki gəmi avtonom sistemlər, minatəmizləmə dalğıcları və gəmi mühafizə qrupları ilə gücləndirilib. Gəmilərdə ümumilikdə 140-a yaxın hərbçi xidmət edir.

Berlin Hörmüz boğazında sərbəst gəmiçiliyin qorunmasına yönəlmiş beynəlxalq koalisiyaya mühüm töhfə verməyə hazır olduğunu bəyan edib. Bununla belə, Almaniya belə bir əməliyyata qoşulmaq üçün Bundestaqın mandatı ilə yanaşı, İran ilə Amerika Birləşmiş Ştatları arasında hərbi əməliyyatların davamlı şəkildə dayandırılması və beynəlxalq hüquqi əsasın mövcudluğunu da vacib şərtlər kimi irəli sürüb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 İyun 2026 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri