Almaniyanın xarici işlər naziri: Rusiya qətiyyətimizi sınamaq istəyir və buna birlikdə aydın cavab verilməlidir
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Berlin, 29 sentyabr, AZƏRTAC
“Rusiya bizim qətiyyətimizi sınamaq, qarışıqlıq yaratmaq istəyir. Bu, təhlükəlidir və buna birlikdə aydın cavab verilməlidir”.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, bu fikri Almaniyanın xarici işlər naziri Yohan Vadeful Varşavada Polşa, Fransa və Ukraynadan olan həmkarları ilə görüşündə deyib.
NATO ölkələrinə qarşı hibrid hücum dalğasının müşahidə olunduğunu, Polşa, Estoniya, Rumıniya və Danimarkada dron hadisələrinin qeydə alındığını xatırladan Y.Vadeful bu fəaliyyətlərin təsadüfi olmadığını vurğulayıb: “Hədəf bizim hava məkanlarımız, kritik infrastrukturumuz və müdafiəyə hazırlığımızdır”.
Nazir yeni dron insidentləri fonunda Avropa İttifaqı ilə NATO arasında əməkdaşlığın, eləcə də belə hücumların dəf olunması üçün imkanların inkişaf etdirilməsinin, daha çevik reaksiya verilməsinin və sistemlərin daha sıx əlaqələndirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, bu, NATO-nun şərq cinahının müdafiəsi üçün əsas məsələdir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 29 Sentyabr 2025 23:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















