Icma.az
close
up
RU
Almaniyanın xarici ticarət balansı kəskin şəkildə pisləşib

Almaniyanın xarici ticarət balansı kəskin şəkildə pisləşib

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniyanın ixrac göstəriciləri 2025-ci ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə sabit qalsa da, ölkənin xarici ticarət balansında nisbəti əhəmiyyətli dərəcədə pozulub.

AZƏRTAC Almaniya Federal Statistika İdarəsinin hesabatına istinadla bildirir ki, yanvar-iyun aylarında ümumilikdə 786 milyard avro dəyərində məhsul ixrac edilib. Bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,1 faiz azdır. Eyni zamanda, ölkəyə idxal olunan məhsulların həcmi 682 milyard avroya çatıb ki, bu, ötən ilin ilk yarısı ilə müqayisədə 4,4 faiz artım deməkdir. Artan idxal nəticəsində Almaniyanın ticarət balansında müsbət saldo əhəmiyyətli dərəcədə azalıb. Belə ki, ötən ilin ilk yarısında 133,7 milyard avro təşkil edən ixrac üstünlüyü 2025-ci ildə 104 milyard avroya enib.

Almaniyaya idxalın əsas artım mənbələri Çin, Niderland və ABŞ olub. Xüsusilə Çinlə ticarətdə güclü artım qeydə alınıb, bu ölkədən Almaniyaya idxal 10,7 faiz artıb. ABŞ və Niderland da Almaniyanın əsas idxal tərəfdaşları olaraq qalıb.

Bununla yanaşı, Almaniyanın ABŞ-a ixracı 3,9 faiz azalaraq 77,6 milyard avro təşkil edib. Buna avtomobil və avtomobil hissələri ilə yanaşı, sənaye avadanlıqları üzrə tədarüklərdə azalma səbəb olub. Lakin ABŞ hələ də Almaniyanın ən böyük ixrac tərəfdaşı olaraq qalır.

Eyni zamanda, Almaniyanın Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı da artıb. Bu ilin ilk yarısında Aİ ölkələrinə göndərilən məhsulların ümumi dəyəri 435,5 milyard avro olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Aİ ölkələri arasında Polşaya ixracatda nəzərəçarpacaq artım müşahidə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Avqust 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri