Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 29 sentyabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində “Müstəqil Dövlətlər Birliyinin (MDB) bədən tərbiyəsi və idman sahəsində əməkdaşlıq haqqında Saziş”in iştirakçısı olan dövlətlərin Bədən Tərbiyəsi və İdman Şurasının iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
İclasda nazirliyin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov və Strateji təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva iştirak ediblər.
İclasda Almatı şəhərində “Birliyin İdman Paytaxtları” Dövlətlərarası Proqramının həyata keçirilməsi, MDB iştirakçısı olan dövlətlərin bədən tərbiyəsi və idman sahəsində əməkdaşlığının 2021-2030-cu illər üzrə İnkişaf Strategiyasının və MDB çempionatlarının keçirilməsinə dair Təqvim Planının icrası, həmçinin Qırğız Respublikasında IV MDB Oyunlarının keçirilməsi və 2027-ci ildə “Birliyin İdman Paytaxtları” Dövlətlərarası Proqramının həyata keçirilməsi və digər məsələlər müzakirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 29 Sentyabr 2026 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















