İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər VİDEO
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rəsmi dilerlər tərəfindən satılan bəzi ikinci əl avtomobillərin qiymətləri ucuzlaşa bilər. Buna səbəb həmin avtomobillərin satışına tətbiq edilən əlavə dəyər vergisinin (ƏDV) hesablanması qaydasının dəyişdirilməsinin təklif olunmasıdır.
Moderator.az "Xəzər" TV-yə istinadən xəbər verir ki, Milli Məclisdə müzakirə edilən yeni layihəyə əsasən, ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması nəzərdə tutulur.
Millət vəkili Vüqar Bayramov bildirib ki, layihəyə əsasən, güzəşt rəsmi dilerlərin nağdsız qaydada əldə etdiyi və istehsal tarixindən beş ildən çox keçməyən ikinci əl avtomobillərin satışına şamil olunacaq.
Layihədə qeyd olunan üç il isə vergi güzəştinin tətbiq müddətidir. Vüqar Bayramov hesab edir ki, bu güzəşt alıcılar üçün daha sərfəli təkliflərin yaranmasına imkan verəcək:
"Bu o deməkdir ki, yeni ildən etibarən ikinci əl avtomobillərlə bağlı nəzərdə tutulan dəyişiklik qüvvəyə minəcək. Vergi güzəştinin üç il müddətinə tətbiq edilməsi avtomobillərin satış xərclərinin azalmasına səbəb ola bilər. Bu da öz növbəsində həmin avtomobillərin alıcılara daha aşağı qiymətə təklif olunması ilə nəticələnə bilər".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 10 Noyabr 2026 08:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















