“Alonso ilə söhbətim “Real”a keçidimdə mühüm rol oynadı”
futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Real”ın yeni transferi Franko Mastantuono açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 17 yaşlı futbolçu “TyC Sports”a açıqlamasında “kral klubu”na keçidi haqda danışıb:
“Bir il əvvəl “Real”la danışmışdım, ancaq həmin vaxt razılaşa bilməmişdik. Bu ilin ortasında yenidən mənimlə əlaqə qurdular. Düzdür, birinci fikrim “River Pleyt”də qalmaq idi.
Daha sonra baş məşqçi Xabi Alonso ilə danışdım və qərarım dəyişdi. Alonso ilə söhbətim “Real”a keçidimdə mühüm rol oynadı”.

