Icma.az
close
up
RU
Alparslan Bayraktar: Türkiyə bərpa olunan enerji sahəsinə 80 milyard dollar investisiya cəlb etməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Alparslan Bayraktar: Türkiyə bərpa olunan enerji sahəsinə 80 milyard dollar investisiya cəlb etməlidir Xəbər saytı Son xəbərlər və Hadisələr

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

Türkiyə külək və günəş enerjisində mövcud quraşdırılmış gücünü 4 dəfə artırmağı hədəfləyir və bu sahəyə ən azı 80 milyard ABŞ dolları investisiya cəlb etməlidir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində keçirilən "Nazirlər səviyyəsində dialoq: Bərpa olunan enerjidən istifadənin üç dəfə və enerji səmərəliliyinin iki dəfə artırılması üçün investisiyaların genişləndirilməsi" adlı tədbirdə deyib.

O bildirib ki, Türkiyənin 2035-ci il üçün bərpa olunan enerji ilə bağlı ciddi hədəfləri var: "Bu yaxınlarda çox mühüm "yaşıl proqram" elan etdik və bu sahəyə də təxminən 30 milyard ABŞ dolları investisiya lazımdır. Qeyd etdiyim sahələrə sərmayə qoyuluşunun və maliyyələşdirilmənin təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Layihələrimizi reallaşdırmaq üçün beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq etməliyik".

Nazir diqqətə çatdırıb ki, enerji təhlükəsizliyi məsələsi artan narahatlıq olaraq qalır: "Türkiyədə enerji tələbatında əhəmiyyətli artım var. Yüksək idxal asılılığında qurtulmaq və karbon neytrallığına çatmaq üçün otuz ildən az zaman qalıb. Bu çağırışlara cavab vermək üçün uzunmüddətli enerji strategiyamız 5 əsas sahəyə diqqət yetirir. Bunlara bərpa olunan enerji potensialının və iqtisadiyyatda enerji səmərəliliyinin artırılması, nüvə enerjisi istehsalının genişləndirilməsi, hidrogen istehsalı, batareyanın saxlanması texnologiyalarından istifadə və alternativ enerjidə istifadə olunan mineralların istehsalına investisiyanın qoyuluşu daxildir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 Noyabr 2024 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri