Icma.az
close
up
RU
Alqı satqı zamanı edilən bu səhv sizi evsiz qoya bilər

Alqı satqı zamanı edilən bu səhv sizi evsiz qoya bilər

Olke.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Mənzil alqı-satqısı əksər vətəndaşlar üçün həyatın ən mühüm maliyyə qərarlarından biri hesab olunur. Lakin bu proses hər zaman risksiz keçmir. Sənədləşmə problemləri, hüquqi uyğunsuzluqlar, saxta elanlar və qeyri-şəffaf alqı-satqı halları vətəndaşların maddi itkilərlə üzləşməsinə səbəb ola bilir. Daşınmaz əmlak bazarında təhlükəsizliyin təmin olunması üçün hüquqi yoxlamalar və peşəkar yanaşma xüsusi əhəmiyyət daşıyır.

"Ölkə.az" xəbər verir ki, bununla bağlı hüquqşünas Rəhim Xoyski Demokrat.az-a bildirib ki, mənzil alqı-satqısı zamanı vətəndaşların qarşılaşa biləcəyi əsas risklər və diqqət yetirməli olduqları ən böyük risklərdən biri mənzilin dövlət qeydiyyatında olmamasıdır:

“Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür müqavilələr etibarsız sayılır. Mənzil üzərində sərəncam vermək hüququ yalnız o, dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. Mənzili aldıqdan sonra orada başqa şəxslərin yaşamaq hüququnun qalması ciddi problem yarada bilər. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun başqasına keçməsi, orada yaşayan ailə üzvlərinin istifadə hüququna xitam verilməsi üçün əsas deyil. Alıcı mütləq tələb etməlidir ki, mənzildə istifadə hüququ olan şəxslər mülkiyyət hüququ keçənədək bu hüquqdan imtina barəsində notariat qaydasında təsdiqlənmiş öhdəlik versinlər”.

O deyib ki, mənzil üzərində həbs, ipoteka və ya digər məhdudiyyətlərin olub-olmaması yoxlanılmalıdır:

“Satılmış daşınmaz əmlakın dövlət reyestrində artıq mövcud olmayan hüquqların göstərilməsi əmlakın "uyğunsuzluğu" hesab olunur. Alqı-satqı zamanı notarius "Forma 1" arayışı vasitəsilə əmlakın yüklü olub-olmadığını yoxlayır. Tikilməkdə olan binalardan mənzil alarkən ödəniş qaydalarına diqqət edilməlidir. Tikintisi başa çatmayan binadan mənzil alarkən, alıcıya tikinti başa çatmazdan əvvəl alış qiymətini tam şəkildə ödəmək öhdəliyi qoyula bilməz. Ödənişlər tikintinin mərhələləri üzrə hissə-hissə həyata keçirilməlidir. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ yalnız əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Notarius tərəfindən təsdiqlənməyən və sadə yazılı formada edilən alqı-satqılar hüquqi baxımdan tam qorunmur. Alqı-satqıdan əvvəl mütləq dövlət reyestrindən çıxarışı yoxlayın, mənzildə qeydiyyatda olan şəxslərin notarial imtinasını tələb edin və ödənişi notariusun depozit hesabı vasitəsilə həyata keçirməyə üstünlük verin”.

Beləliklə, mənzil alarkən bəsit görünən hüquqi qaydalara əməl etməmək böyük maliyyə itkilərinə və mülksüz qalmağa yol açır. Yəni sənədlərin tam yoxlanılması, qeydiyyatda olanların notarial imtinası və ödənişin rəsmi depozitlə edilməsi vətəndaşları dələduzların qurbanı olmaqdan birdəfəlik sığortalayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 İyun 2026 23:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri