Icma.az
close
up
RU
Ən çox bu ölkələrlə alqı satqı edirik

Ən çox bu ölkələrlə alqı satqı edirik

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ilin yanvar ayında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 75 ölkəyə məhsul ixrac olunub, 124 ölkədən idxal edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. 

Bildirilib ki, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4126,0 milyon ABŞ dolları təşkil edib.

Ticarət dövriyyəsinin 2073,6 milyon dollarını və ya 50,3 faizini ölkədən ixrac olunan məhsulların, 2052,4 milyon dollarını (49,7 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 21,2 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 25,3 faiz, real ifadədə 9,3 faiz artıb. İdxal real ifadədə 50,1 faiz artıb, ixrac isə 12,5 faiz azalıb.

2025-ci ilin yanvar ayında qeyri neft-qaz məhsullarının ixracı 245,8 milyon dollar təşkil edib və 2024-cü ilin yanvar ayına nisbətən faktiki qiymətlərlə 10,7 faiz artıb, real ifadədə isə 10,4 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 28,1 faizi İtaliya, 9,5 faizi Türkiyə, 8,1 faizi Rusiya, 7,5 faizi Çin, 5,6 faizi Almaniya, 4,5 faizi Avstraliya, 4,1 faizi Çexiya, 3,8 faizi Birləşmiş Krallıq, 3,7 faizi Xorvatiya, 3,5 faizi Meksika, 2,3 faizi Rumıniya, 2,2 faizi Portuqaliya, 2,1 faizi Yunanıstan, 1,4 faizi Gürcüstan, 1,3 faizi Bolqarıstan, hər biri 1,1 faiz olmaqla ABŞ və İran, 0,9 faizi Ukrayna, 0,8 faizi Braziliya, 0,7 faizi Belarus, 7,7 faizi isə digər ölkələr ilə aparılan ticarət əməliyyatlarının payına düşüb. 

İxracın 45,9 faizini İtaliyaya, 10,1 faizini Türkiyəyə, 7,5 faizini Almaniyaya, 6,7 faizini Çexiyaya, 6,2 faizini Xorvatiyaya, 3,6 faizini Portuqaliyaya, 3,5 faizini Rumıniyaya, 3,2 faizini Yunanıstana, 2,7 faizini Rusiyaya, 2,4 faizini Birləşmiş Krallığa, 2,1 faizini Gürcüstana, 2,0 faizini Bolqarıstana, hər biri 0,7 faiz olmaqla Ukrayna və İsveçrəyə, 0,5 faizini Serbiyaya, 0,4 faizini İrlandiyaya, 0,3 faizini İsrailə, hər biri 0,2 faiz olmaqla Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Belarusa, 0,7 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib. 

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,0 faiz), Türkiyəyə (15,1 faiz), Gürcüstana (10,8 faiz), İsveçrəyə (9,0 faiz), Ukraynaya (8,9 faiz), İsrailə (3,3 faiz), Qazaxıstana (2,2 faiz), ABŞ-a (2,2 faiz), Almaniyaya (2,1 faiz), Belarusa (1,9 faiz), İtaliyaya (1,8 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Türkmənistana (1,1 faiz), Özbəkistana (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib. 

Ölkəyə idxal olunan məhsulların ümumi dəyərinin 18,4 faizi Çin, 16,1 faizi Rusiya, 11,0 faizi Avstraliya, 8,8 faizi Meksika, 8,5 faizi Türkiyə, 5,9 faizi Birləşmiş Krallıq, hər biri 2,7 faiz olmaqla İran və Almaniya, 2,6 faizi ABŞ, 2,0 faizi Braziliya, 1,9 faizi İtaliya,1,4 faizi Belarus, hər biri 1,2 faiz olmaqla Yaponiya və Koreya, hər biri 1,1 faiz olmaqla Türkmənistan, Polşa, Hindistan və Ukrayna, 0,9 faizi Qazaxıstan, 0,7 faizi Fransa, 9,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Bundan başqa qeyd edilib ki, 2025-ci ilin yanvar ayında əvvəlki ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 23,6 faiz, təzə tərəvəz – 4,9 faiz, şəkər – 51,6 faiz, meyvə və tərəvəz konservləri – 21,7 faiz, çay – 49,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu    – 2,0 dəfə, mineral gübrələr – 15,4 faiz, sement klinkerləri – 6,3 faiz, qara metallardan borular – 3,1 dəfə, qara metallardan çubuqlar – 2,4 dəfə, pambıq ipliyi – 16,4 faiz artıb, meyvə və tərəvəz şirələri ixracı isə 40,1 faiz, bitki yağları – 4,2 faiz, tütün – 62,7 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 19,9 faiz, kartof – 60,5 faiz, polipropilen – 4,6 faiz, pambıq lifi – 9,6 faiz, elektrik enerjisi – 71,5 faiz, polietilen – 22,5 faiz, emal olunmayan alüminium – 19,1 faiz, bentonit gili – 3,6 faiz azalıb. 

2024-cü ilin yanvar ayı ilə müqayisədə 2025-ci ilin yanvar ayında buğda idxalı 23,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 2,5 dəfə, xam şəkər – 99,6 faiz, çay – 40,9 faiz, mal əti – 33,1 faiz, minik avtomobilləri – 22,4 faiz, polad prokatı – 27,2 faiz, hesablama maşınları, blok və qurğuları – 53,9 faiz, qara metallardan çubuqlar – 2,6 dəfə, rezin şinlər – 61,2 faiz, yük avtomobilləri – 30,3 faiz, avtobuslar – 3,6 dəfə, paltaryuyan maşınlar – 9,7 faiz, polipropilen – 50,7 faiz, sement – 35,8 faiz artıb, təzə meyvə idxalı isə 6,8 faiz, şokolad və şokolad məhsulları – 4,1 faiz, bitki yağları – 63,3 faiz, unlu qənnadı məmulatları – 23,2 faiz, kartof – 8,1 faiz, quş əti və onun əlavə məhsulları – 21,4 faiz, təzə tərəvəz – 9,7 faiz, dərman vasitələri – 30,4 faiz, qara metallardan borular – 18,6 faiz, mebellər – 47,3 faiz, sintetik yuyucu vasitələr – 32,4 faiz, polietilen – 20,1 faiz, mineral gübrələr – 0,4 faiz, qara metallardan künclüklər – 15,4 faiz, məişət kondisionerləri – 22,4 faiz, məişət soyuducuları – 3,9 faiz azalıb.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Mart 2025 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri