Icma.az
close
up
RU
Qar niyə yağmır? Mütəxəssislər səbəbləri AÇIQLADI

Qar niyə yağmır? Mütəxəssislər səbəbləri AÇIQLADI

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Artıq dekabr ayı başlayıb. Amma hava mövsüm üçün qeyri-adi dərəcədə sabit və mülayim keçir. Adətən ilin bu vaxtlarında dağlıq ərazilərdə qarın yağması müşahidə olunurdu. Bəs bu il niyə qar yağmır?

Meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında deyib ki, qış fəslinin iqlim xüsusiyyətlərinə görə və sinoptik şəraitlə əlaqədar olaraq, adətən dekabr ayının üçüncü ongünlüyündən balayaraq, yanvar və fevral ayları da daxil olmaqla, mart ayının ikinci ongünlüyünədək bölgə tez-tez soyuq hava kütlələrinin təsirinə məruz qalır.

“Bu zaman ölkəmizin əksər bölgələrində və Bakıda bəzi günlərdə hava şəraitinin kəskin dəyişməsi, güclü küləklərlə müşayiət olunan qarlı və şaxtalı hava şəraiti hökm sürür. Lakin son dövrlərdə ətraf mühitə və atmosferə aktiv antropogen təsirlərin artması səbəbindən gözlənilməz ekstremal meteoroloji hadisələr və anomaliyalar da istisna edilmir”.

Meteoroloq bildirib ki, dekabr ayının birinci ongünlüyündə havaların əvvəlki günlərlə müqayisədə tədricən soyuyacağı, bəzi günlərdə yağıntılı olacağı və dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Ekoloq Sadiq Həsənov isə vurğulayıb ki, bütün bunlar iqlimdə baş verən kəskin dəyişikliklərin nəticəsidir. Onun sözlərinə görə, qlobal iqlim normalarında temperatur artımı müşahidə olunur:

“Artıq 1,5 dərəcəlik artım təsdiqlənib və bu göstəricinin 2 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Bu artımı nəzarətə almaq üçün BMT-nin İqlim Dəyişmələri Çərçivə Konvensiyası çərçivəsində Paris İqlim Sazişi imzalanıb və ölkələr temperaturun 2 dərəcədən yuxarı qalxmaması üçün öhdəlik götürüblər. Əsas səbəblər mühitə atılan emissiyaların - karbondioksid, metan, azot oksidləri və digər qazların həddindən artıq çox olmasıdır. Karbon qazının çoxluğu səbəbindən onun atmosferin aşağı qatlarında toplanması iqlimdə temperaturun yüksəlməsinə təsir göstərir. Eyni zamanda metan və digər qazların artması da iqlimdə anomal dəyişikliklərə səbəb olur”.

Ekoloq qeyd edib ki, havanın bu cür mülayim keçməsi, məsələn, noyabr ayında temperaturun normadan yuxarı olması qış aylarında müəyyən sərt hava şəraitinin baş verə biləcəyini də göstərir:

“Adətən belə mülayim havalardan sonra qısa müddətli də olsa sərt soyuqlar gəlir. Bu da onu göstərir ki, artıq iqlim dəyişiklikləri nəticəsində fəsillərin və ayların tipik hava ardıcıllığı pozulur. Məsələn, noyabr ayında 17-20 dərəcə isti ola bilər, növbəti aylarda isə əksinə, çox soyuq hava müşahidə edilə bilər. Qarın yağması və ya yağışların intensiv olması iqlimdəki kəskin dəyişikliklərin göstəricisidir. Əvvəllər Kəlbəcər kimi bölgələrdə qar noyabr ayında yağmağa başlayır və mart ayına qədər davam edirdi. Artıq bu dövr dəyişib və indi belə hallara az rast gəlinir”.

S.Həsənov bunun ciddi fəsadlara yol açacağını deyib:

“Qarın yağmaması gələcəkdə su ehtiyatlarının azalmasına gətirib çıxara bilər. Temperaturun mənfi dərəcələrə düşməməsi buzlaqların əriməsini sürətləndirir və nəticədə su ehtiyatlarının azalması, kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi və digər sahələrə mənfi təsirlər yarana bilər”.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, dekabrın 2-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 01 Dekabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see308

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see302

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see293

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see284

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see268

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see267

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see250

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see243

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see232

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see214

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see198

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see196

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see192

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see190

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see186

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see176

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see171

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see169

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri