“Mançester Yunayted” FİFA ya şikayət etməyə hazırlaşır
Icma.az, Qol.az saytına istinadən bildirir.
“Mançester Yunayted” 16 yaşlı Cey-Cey Qabrielin transferi ilə bağlı digər klubların mümkün qanunsuz əlaqələrini araşdırır.
QOL.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb. İngiltərə təmsilçisi bu barədə sübut əldə edəcəyi təqdirdə FİFA-ya müraciət etməyi planlaşdırır.
Qabriel çərşənbə axşamı 10 yaşından çıxış etdiyi “Mançester Yunayted”dən ayrıldığını açıqlayıb. Onun yanvarda “Real”a keçəcəyi gözlənilir. Tərəflərin transferlə bağlı şifahi razılığa gəldiyi bildirilir.
Mançester klubu yayda digər komandaların futbolçunun nümayəndələri ilə icazəsiz əlaqə saxladığından şübhələnir. Bu hal təsdiqlənərsə, “Mançester Yunayted” sübutları FİFA-ya təqdim edəcək.
Qeyd edək ki, daha əvvəl PSJ, “Bavariya”, “Real” və “Barselona”nın gənc futbolçu ilə maraqlandığı bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 18 Noyabr 2026 19:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















