Altın kelebek ləğv edildi
Axsham.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu il 7 dekabr tarixində keçirilməsi planlaşdırılan “Pantene Altın Kelebek” mükafat mərasimi gözlənilmədən ləğv edilib.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyədə fəaliyyət göstərən jurnalist Nurlan Zaliyev məlumat yayıb.
O bildirib ki, illərdir Türkiyə televiziya və musiqi dünyasının ən nüfuzlu tədbirlərindən biri sayılan bu mərasimin bu dəfə baş tutmamasının səbəbi sponsor dəstəyinin geri çəkilməsi və yaranan maliyyə böhranı olub.
Yarım əsrdir sənət aləminin nəbzini tutan “Altın Kelebek”in ləğvi sənət dünyasında və tamaşaçılar arasında böyük təəccüb yaradıb. Mərasimin gələn il keçirilib-keçirilməyəcəyi isə hələlik məlum deyil.
Qeyd edək ki, sözügedən mükafatlandırma mərasimində illərdir yerli sənətçilərimiz də iştirak edirdilər.
Baxış sayı:70
Bu xəbər 04 Noyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















