Alvares üçün keçmiş klubu da hərəkətə keçdi
Icma.az, Idman.biz saytına istinadən bildirir.
“Arsenal” “Atletiko”nun hücumçusu Xulian Alvaresi transfer etməyə yaxınlaşsa da, argentinalı futbolçu üçün mübarizəyə “Mançester Siti” də qoşulub.
İdman.Biz RMC Sport-a istinadən xəbər verir ki, Alvaresin “Barselona”ya keçidi ilə bağlı variantın arxa plana keçməsindən sonra onun ətrafı “Arsenal”la razılaşmanı yenidən gündəmə gətirib. Argentinalı jurnalistlərin məlumatına görə, London klubu hücumçunu heyətinə qatmağa getdikcə daha yaxın görünür.
Bununla belə, “Mançester Siti”nin də son saatlarda transfer üçün hərəkətə keçdiyi bildirilir. İngiltərə klubu Alvaresi iki il əvvəl “Atletiko”ya 90 milyon avroya satmışdı.
Hazırda 28 yaşlı futbolçunun mümkün transferinin təxminən 150 milyon avro (təxminən 298 milyon manat) qarşılığında baş tuta biləcəyi qeyd olunur.
Qeyd edək ki, Alvares son günlər “Atletiko”nun kollektiv məşqlərində iştirak etmir və bu səbəbdən Madrid klubunun “Sevilya” ilə oyununu da buraxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 28 Avqust 2026 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















