MDB də yeni mərhələ başlayır: “Siyasi maraqların təmin olunması...”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bu gün İran və Rusiya strateji tərəfdaşdırlar və onlar müxtəlif məsələlərdə, xüsusilə beynəlxalq siyasətdə eyni mövqeni bölüşürlər. Yəni Rusiyanın İran ilə kifayət qədər ciddi münasibətləri var. Ona görə də İranın əlavə olaraq MDB-də iştirakının xüsusi bir məntiqini görmürəm”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında politoloq Oqtay Qasımov İranın “MDB+” formatında iştirak etmək təşəbbüsünə münasibət bildirərkən deyib.
O qeyd edib ki, İranın MDB-yə müşahidəçi üzv olmaq istəyi başadüşüləndir:
“İran hazırda kifayət qədər gərgin bir dönəm yaşayır. Söhbət Amerikanın İranla apardığı savaş, bu savaş nəticəsində ölkəyə tətbiq olunan sanksiyalardan və İranın beynəlxalq təcridindən gedir.
Bu tipli məsələlər İranın müxtəlif formatlarda iştirak etməklə təcriddən çıxmaq üçün addımlar atmasına gətirib çıxardır.
“MDB+” formatında İranın iştirakına gəldikdə isə düşünürəm ki, MDB yarandığı gündən etibarən faktiki olaraq ciddi məsələlərin müzakirə olunduğu bir platforma olmayıb.
Bu qurum daha çox siyasi dialoqun aparılması və müxtəlif ümumi məsələlərin müzakirəsi üçün fəaliyyət göstərən format kimi qeyd oluna bilər”.
Politoloq MDB-nin fəaliyyətsizliyini tənqid edib:
“Yeni üzvlərin qəbul olunması məsələsinə gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, MDB-nin konkret prioritetləri yoxdur.
Hətta bu elə bir formatdı ki, onun üzvü olan Azərbaycanla Ermənistan arasında münasibətlərin Ermənistanın işğalı səbəbindən düşmənçilik səviyyəsinə çatdığı bir dövrdə belə üzvü olan iki tərəfi bir araya gətirərək problemi həll edə bilmədi və ya etmək istəmədi.
Çünki əslində elə həmin münaqişənin yaranmasının əsas səbəbkarları MDB-nin əsas aparıcı üzvü olan Rusiya tərəfindən başladılmışdı”.
Oqtay Qasımov əlavə edib ki, Rusiyanın iştirak etdiyi əksər təşkilatlar və platformalar bir-birini faktiki olaraq təkrarlayır və bir çox ölkələr bu qurumların bir neçəsində eyni vaxtda təmsil olunurlar:
“İranın MDB-də iştirakının xüsusi əhəmiyyət daşıyacağını düşünmürəm. İran Rusiyanın aparıcı rol oynadığı Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS kimi platformalarda təmsil olunur.
Bu baxımdan, MDB-yə üzvlüyün nə təşkilatın özünə, nə də İrana əlavə dividendlər qazandıracağı qənaətindəyəm”.
O bildirib ki, MDB daha çox vaxtaşırı müxtəlif görüşlərin keçirilməsi və müzakirələrin aparılması üçün istifadə olunan platforma kimi qiymətləndirilməlidir:
“Üçüncü ölkələrin bu formata cəlb olunması məsələsinə gəldikdə isə Rusiyanın təşəbbüsü və ya aparıcı rolu ilə fəaliyyət göstərən MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqı, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlarda, əsasən, eyni ölkələr təmsil olunurlar.
Üçüncü ölkələrin də bu platformalara cəlb edilməsi müəyyən siyasi maraqların təmin olunması baxımından əlverişli ola bilər”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: MDB Oqtay Qasımov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:49
Bu xəbər 27 Noyabr 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















