Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

Alyaska: oyuq yarımadanı isidən ünəş...

Alyaska: oyuq yarımadanı isidən ünəş...

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

180-ci meridian dünyanı ikiyə böləcək?

Dünyanın diqqəti Alyaskadadır. Vaxtilə buzlarla örtülü olan bu böyük ərazi ABŞ-Rusiya görüşünə ev sahibliyi edib.  Görüşün nəticələri haqqında yazmamışdan öncə Alyaska haqqında maraqlı tarixi faktları nəzərinizə çatdırırıq.

Alyaska necə kəşf edildi?

18-ci əsrin əvvəllərindən Rusiya öz torpaqlarını genişləndirmək siyasəti yürüdürdü. Bunun üçün müxtəlif ekspedisiyalar təşkil olunur, səyyahlar dünyanın bilinməyən ucqarlarına göndərilirdi. Çar Rusiyası şərq istiqamətində irəliləyərək daha çox əraziləri kəşf etmək istəyirdi. Şərqə doğru aparılan axtarışlar zamanı kəşfiyyat qrupu Berinq körfəzi vasitəsilə 1732-ci ildə Alyaska torpaqlarına ayaq basdı. 1787-ci ildən etibarən Rusiya burada məskunlaşmağa başladı. Ruslardan öncə burada yerli tayfa - eskimoslar yaşayırdı.

Amerikanın şimal-qərbində yerləşir və Asiyadan Berinq boğazı vasitəsilə ayrılır. Sahillərini cənub və cənub-qərb istiqamətində Sakit okeanın suları yuyur. 180-ci meridian buraya məxsus olan Aleut adalarını kəsdiyi üçün Alyaska ərazisi həm də ABŞ-ın ucqar şərq nöqtəsi hesab olunur.  Alyaska Şimali Amerika materikində yerləşən və ABŞ-nın materik hissəsi ilə birbaşa əlaqəsi olmayan yeganə ştatdır. Alyaska ilə ona ən yaxın məsafədə yerləşən Vaşinqton ştatı arasında 800 km məsafədə Kanadaya məxsus Britaniya Kolumbiyası əyaləti uzanır. Ştatın paytaxtı olan Cuno şəhəri heç bir avtomobil yolu vasitəsilə Şimali Amerika avtomagistral sistemi ilə əlaqəyə sahib deyil. Alyaskada 1800 ada, 3 milyon göl, 3000 çay var. Sahil bölgələrində mülayim hava şəraiti hökm sürsə də, böyük bir hissəsində mənfi temperatur müşahidə olunur. Şimali Amerikanın ən hündür zirvəsi Mak-Kinli də burada yerləşir və ən çox turist cəlbedən ərazi kimi bilinir. Alyaskanın üçdə biri meşəlik ərazilərlə örtülüdür.

Ruslar “gərəksiz” torpağı necə satdı?

İngilis və fransız dillərində tərtib edilən müqavilə 30 mart 1867-ci ildə Rusiya tərəfdən Çar hakimiyyətinin Amerikadakı səfiri Baron Edvard Stekl və Amerikanın Xarici İşlər naziri Vilyam Sevard tərəfindən Vaşinqtonda imzalandı. 7,2 milyon dollar qarşılığında 1 milyon 519 min km2 ərazi Amerikaya satıldı. Bu, müasir Fransanın ərazisinin bir neçə dəfə böyüklüyündə ərazi deməkdir. Amerika bu məbləği hissə-hissə ödəməyi boynuna götürürdü. Ərazidə olan bütün daşınmaz əmlaklar da (kilsələrdən başqa) Amerikanın mülkiyyətinə keçdi. 18 oktyabr 1867- ci ildə Alyaska rəsmi olaraq ABŞ tabeliyinə keçdi. Bu ərazilər Rusiyanın təxminən 10 ni təşkil edirdi və satış məbləği bugünkü məzənnə ilə 110 milyon dollara bərabər idi. Bugün Alyaska ABŞ-ın 49-cu və ən böyük ştatıdır.

Bir zamanlar ruslar üçün gərəksiz torpaq parçası olan Alyaskanın ərimiş buzları altından qızıl mədənləri, neft yataqları aşkarlandıqca bu peşmanlıqlar siyasi arenada başqa rənglərə boyanır. Amma Alyaskanın rəngi illərdir ki, bəyazdır. Sərt iqlimli torpaqlar hazırda Amerika sərhədləri daxilindədir. Ecazkar, eyni zamanda, ziddiyətli təbiəti, zəngin yerüstü və yeraltı ehtiyyatları var. Alyaskada XIX əsrdə ticarət olduqca inkişaf etmişdi. Beynəlxalq səviyyədə inkişaf tacirlər üçün də mərkəz Novo-Arxengelinskini (indiki Sitka) maraqlı edirdi. Daha çox samur kürkü və morj dişi ticarətindən gəlir əldə olunurdu. Bölgədəki ticarət dövriyyəsinə Rus-Amerikan Şirkəti (RAC) nəzarət edirdi. Bu şirkətin əlində böyük imtiyazlar vardı və birbaşa Çar hökümətinə tabe idilər. Öz bayrağı və pul vahidinə sahib şirkətin hissədarları arasında Çar ailəsinin nümayəndələri əksəriyyət təşkil edirdi.

Sövdələşməyə aparan səbəblər

Satışın Osmanlı-Rusiya müharibəsindən sonra baş verməsi haqlı olaraq, bu müharibəni ilkin səbəblərdən biri kimi görməyə əsas verir. Rusiya iqtisadi cəhətdən zəifləmişdi. Alyaskanın isə illik xərci artmaqda idi və Çar höküməti bunu “gərəksiz torpaqlar” üçün artıq hesab edirdi. Əslində isə vəziyyət tamam başqa idi. Rusiya Alyaskanın ticarətindən əldə olunan gəlirindən əl çəkmək istəmirdi. Amma artıq bu torpaqları da müdafiə etmək iqtidarında deyildi.

Çar höküməti Amerikaya qarşı İngiltərəylə birləşməyi rədd etmişdi. İngiltərənin Alyaskanı güc tətbiq edərək ələ keçirməsi təhlükəsi isə gündən-günə artmaqdaydı. Belə olan halda, Çar höküməti maliyyə itkilərini azaltmaq üçün Alyaskanı satmaq qərarına gəlir. Həm də bu, İngiltərəyə böyük zərbə olacaqdı. Rusiyanın okeanın o biri tayına ümidi daha inandırıcı idi. Çünki, tarixdə Amerika və Rusiya arasında yeganə yaxınlıq məhz bu illərə təsadüf edir. Amerikanın təcrübəsində belə bir hadisə çoxdan vardı. Luiziana torpaqlarını (və daha neçə belə əraziləri) Fransadan satın alaraq öz ərazisinə qatan ölkə üçün Alyaska da cazibədar səslənə bilərdi.

Bundan əlavə, müharibə zamanı Amerikadan hərbi dəstək alan Rusiya Alyaskanı İngiltərəyə uduzmaqdansa, Amerikaya satmağı daha üstün tutdu. Amerika qonşu torpaqları “əziyyətsiz” öz ərazisinə qatmaq istəyirdi və Alyaskaya gözünü çoxdan dikmişdi. Kolonyalar hesabına əraziləri böyüdükcə regionda hegemonluq etmək üçün qonşuluqda təhlükəli və iqtisadi cəhətdən güclü ölkə arzuolunmaz idi. Amerikanın “Monro doktrinası”na uyğun olaraq Avropanın imperialist ölkələrinə qarşı siyasətinin addımı kimi də bu olduqca aktual bir məsələ idi. Yəni Rusiyanın təklifi Amerika üçün heç də gözlənilməz olmadı. Amerikanı bu ticarətə təşviq edən səbəbləri nəzərdən keçirdikdə bir çox faktlar aşkarlanmış olur. Belə ki, Alyaskanın satın alınması potensial xəz və balıqçılıq ticarətinin ələ alınmasına, Asiya-Çin və Yaponiya ilə iqtisadi əlaqələrin qurulmasına, İngiltərənin və Rusiyanın regionda möhkəmlənmək cəhdlərinin əngəllənməsinə şərait yarada və Amerikanı super gücə çevirə bilərdi. Həmçinin prezident Conson ölkədə yenidənqurma işləri ilə məşğul idi və bu sövdənin narazı ölkə vətəndaşlarının diqqətini məişət problemlərindən yayındıracağına ümid edirdi. Bunlar hamısı göstərir ki, hər iki tərəfin bu alqı-satqı üçün əlində əsaslı arqumentləri var idi.

Təklifi ilk dəfə Şərqi Sibir valisi Nikolay Muravyov-Amurskinin etdiyi məlumdur. Onun fikirlərinə görə, Çar imperiyası bu torpaqları qorumaq iqtidarında deyildi. Səbəb kimi isə hərbi və iqtisadi cəhətdən zəifliyi göstərirdi. Ona görə Rusiya Uzaq Şərqdə daha çox möhkəmlənməyə diqqət yetirməli idi. Amma Alyaskanın satılması qərarının qəbul edilməsində digər təşəbbüskar çarın kiçik qardaşı Konstantin Nikolayeviçin təsiri böyük oldu. O, RAC-ın gəlirlərinin azalmasını bəhanə gətirirdi və şirkətin gözdən salınması üçün bir sıra addımlar atmağa başladı. Nəticədə, Çar II Aleksandr qərarın qəbul edilməsinə razılıq verdi. Məsələylə bağlı Rusiyanın Amerikadakı səfiri Baron Edvard Steklə xüsusi göstəriş verildi. Tapşırığa Amerika hakim dairələrini razı salmaq və dövrü mətbuatda məsələylə bağlı xəbərlərin dərc olunmasına nail olmaq da daxil idi. Amerika mətbuatında Alyaskanın satın alınmasıyla bağlı xəbərlər arasında “Amerika bu buz kütləsi və əlli min eskimosla nə edəcək?” sualını verənlər də var idi. Rusiya mətbuatında isə verilə biləcək müsbət qərara qarşı xəbərlər yer almaqda idi. Başlıqlarda “Çar bu qədər dəyərli torpaq parçasını necə sata bilər?” kimi suallar öz əksini tapırdı.

Alyaskanın taleyi 1866-ci ilin dekabrında keçirilmiş gizli toplantıda həll olundu. Peterburqda Çarın da şəxsən qatıldığı görüşdə Alyaskanın satılması haqqında qərar rəsmən qəbul edildi. Görüşün çox gizli saxlanıldığı bildirilir. Hətta bəzi tarixi faktların iddiasına görə, Rusiyanın bir sıra dövlət rəsmiləri bu qərarı qəzetlərdən öyrənmişdilər.

Sonrakı peşmançılıq fayda verməz...

Bir çox insanlar nədənsə hələ də Alyaskanın geri qaytarılmasına ümidlə yanaşırlar. ABŞ-ın Alyaskanı Rusiyadan kirayələdiyi və geri qaytaracağı düşünülür. 2017-ci ildə Konstantin Şuqayev adlı bir şəxs daha bir maraqlı faktla gündəm yarada bildi. Onun sahibi olduğu şirkət tarixi sənədlərin yenidən araşdırılması ilə məşğuldur və Alyaska müqaviləsini yenidən gözdən keçirdikləri zaman bəzi məqamları aşkar etdiklərini iddia etdi. Araşdırmalara görə, satışın baş verdiyi gün həm də ABŞ Nümayəndələr Palatasının da səlahiyyətlərinin bitdiyi gün imiş. Qanunlara görə Senat da bu sənədi təsdiq etməyib və ona görə də heç bir hüquqi əsasa malik deyil. Amma bütün bunlara baxmayaraq,  Alyaskanın satılması hər iki tərəfin razılığı ilə həyata keçirilmişdi. Bugünkü Rusiya isə Çar Rusiyasının atdığı bu addımı səhv hesab edir. Belə iddiaların qarşısında Amerikanın da mövqeyi maraqlıdır. Bu yaxınlarda ABŞ prezidenti Donalad Trampın Qrenlandiyanı öz ərazilərinə qatmaq istəməsi haqqında xəbərlər yayılmağa başladı. Təkcə bu xəbər özlüyündə Amerikanın mövqeyini azdan-çoxdan bəlli edir.

Digər tərəfdən Alyaskanın satın alınması Amerika tarixində alınmış ən uğurlu siyasi qərar kimi qəbul edilir. Bu qərar dünyanın geosiyasi vəziyyətinin dəyişməsinə səbəb oldu. Birlikdə qısaca Rusiyanın nələr itirdiyinə, Amerikanın qazandıqlarına nəzər salaq.

Təbii sərvətləri və gəlirləri

Alyaskanın satışından bir müddət sonra zəngin qızıl yataqları kəşf edildi və bura Amerikadan qızıl “ovçuları” axın etməyə başladı. Buranın satışından 50 il sonra ABŞ-ın Alyaskaya ödədiyi məbləğin təxminən 50 qatı dəyərində qazanc əldə etdiyi bildirilir. Qızıldan başqa ərazidə zəngin kömür, molibden, platin, təbii qaz yataqları da var. Ən böyük təbii sərvətləri arasında neft yataqlarının payı daha çoxdur. İl ərzində 80 milyon tondan artıq neft hasilatı həyata keçirilir ki, bu da Kuveyt və Birləşmiş Əmirliyin illik ortaq hasilatına bərabərdir. Bir neçə il öncə Amerika Alyaskada daha bir neft yatağının aşkar olunduğunu dünya ictimaiyyətinə çatırdı. Kəşf edilmiş yeni yataqların rezervlərinin olduqca zəngin olduğu bildirilir. Alyaska ərazisindəki şirin su qaynaqları balıqçılıq və dəniz məhsulları ticarətindən də böyük gəlir əldə etməyə imkan verir. Son dövrlər turizm də ən çox gəlir gətirən sahələrdəndir.

Hazırladı: Yeganə Bayramova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Avqust 2025 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see505

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see312

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see251

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see250

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see243

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see240

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see232

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see225

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see208

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see205

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see202

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see196

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see193

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see193

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see186

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see185

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see183

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see178

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see177

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri