Icma.az
close
up
RU
Alyaskada Zəngəzur dəhlizinin müzakirəsi, Bakının uğur diplomatiyası

Alyaskada Zəngəzur dəhlizinin müzakirəsi, Bakının uğur diplomatiyası

Icma.az, Olke.az saytına istinadən bildirir.

Avqustun 15-də Alyaskada Trampla Putin arasında baş tutacaq sammit dünyanın diqqət mərkəzindədir. Hamını diqqəti görüşə müzakirə ediləcək məsələlərə fokuslanıb. Təbii ki, görüşün ana xəttini Rusiya-Ukrayna müharibəsində atəkəsə nail olunması tutacaq. Amma bununla belə, Tramp-Putin sammitində qlobal və regional məsələlər müzakirə olunacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da görüşdə müzakirə olunacaq məsələlərlə bağlı açıqlamasında deyib ki, Ukrayna böhranının həlli ilə yanaşı, liderlər başqa mövzuları da müzakirə edəcəklər: “Təbii ki, sülh və təhlükəsizliyin təmin edilməsi üzrə daha geniş vəzifələrə, eləcə də aktual və ən aktual beynəlxalq və regional problemlərə də toxunulacaq”.

Putin Kremldə Trampla görüş öncəsi komanda üzvləri ilə keçirdiyi toplantıda da deyib ki, hərbi əməliyyatları dayandırmaq, münaqişədə iştirak edən bütün tərəfləri maraqlandıran razılaşmaların əldə edilməsi üçün kifayət qədər enerjili və səmimi səylər göstərən hazırkı Amerika administrasiyası ilə hansı mərhələdə olduqlarını bildirmək üçün toplanıblar. O, bütövlükdə dünyada sülh üçün uzunmüddətli şəraitin yaradılmasını müzakirə etmək üçün iclas çağırdığını qeyd edib. 
Kreml rəsmiləri bəyan ediblər ki, məsələ hələlik öyrənilir və yalnız ondan sonra rəsmi mövqe ortaya qoyulacaq.

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan da erməni mediasına verdiyi açıqlamasında Rusiya və İranın Zəngəzur dəhlizi ilə bağlı susqunluğundan narahatlığını dilə gətirib.

Rusiyalı politoloq Mixail Aleksandrov isə deyib ki, Moskvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi yəqin Alyaskada Putin-Tramp sammitindən sonra işlənib hazırlanacaq.

Bunlar isə onu deməyə əsas verir ki, Tramp-Putin sammitində Cənubi Qafqazda vəziyyət, xüsusən də avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh sazişinin paraflanması, Azərbaycan-ABŞ-Ermənistan liderləri arasında imzalanan üçtərəfli Birgə Bəyannamə də müzakirə olunacaq. Çünki rəsmi Kreml Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması və Zəngəzur dəhizi, “Tramp yolu” ilə bağlı Vaşinqton anlaşması barədə hələ də konkret mövqe sərgiləməyib.

Çox böyük ehtimal etmək olar ki, Tramp-Putin sammitində Kreml 8 avqust Vaşinqton anlaşmasından sonra Cənubi Qafqazda yaranan yeni reallığın nəticələrini müəyyən şərtlər daxilində qəbul edəcək və “Tramp yolu” layihəsinə qarşı çıxmayacaq. Əksinə, hesab etmək olar ki, tərəflər arasında Zəngəzur dəhlizində hansısa formada əməkdaşlıq, idarəçilik məsələlərində razılaşamalar əldə olunacaq. Tehranın da məsələdə o qədər kəskin mövqe sərgiləməməsi də bundan xəbər verir.

Prezident İlham Əliyevin İkinci Qarabağ savaşından sonra yaratdığı reallığa uyğun olaraq yürütdüyü siyasətinin ana xəttini Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək tutur.  Hədəf bölgəni qarşıdurma məkanına deyil, birgə əməkdaşlıq coğrafiyasına çevriməkdir. Əminliklə qeyd etmək olar ki, Vaşinqton razılaşması da bütün maraqlı tərəflərə Zəngəzur dəhlizindən “qazan-qazan” prinsipinə uyğun olaraq birgə faydalı əməkdaşlıq üçün geniş imkanlar yaradır. Bütün tərəflər də bundan öz geosiyasi, geoiqtisadi ambisiyalarının toqquşmasına deyil, ancaq öz faydası üçün yararlanacaq. Biz növbəti dəfə Bakının uğur diplomatiyasının şahidi olacağıq.

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 Avqust 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri