Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

Zəngəzur dəhlizinin Ağ evdə müzakirəsi təsadüfi xarakter daşımır

Zəngəzur dəhlizinin Ağ evdə müzakirəsi təsadüfi xarakter daşımır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 10 noyabr, Rabil Kətanov, AZƏRTAC

Azərbaycanın sülh niyyəti region üçün artıq bəhrələrini verməkdədir. Ermənistana yüklərini Azərbaycan üzərindən nəql etməsinə icazə verməsi rəsmi Bakının sülhə doğru atdığı addımının səmərəliliyindən xəbər verir.

Qazaxıstandan çıxan taxıl yüklü qatar Rusiya-Azərbaycan-Gürcüstan-istiqamətində hərəkət edərək yükü Ermənistana çatdırır. Lakin qatar Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə gəlib Zəngəzur dəhlizindən keçib yükü Ermənistana çatdırsa, yalnız bir dəfə tranzit xərci ödəyəcək və bir dəfə gömrük rəsmləşdirməsindən keçəcək, eyni zamanda yükün çatdırılması müddəti də kifayət qədər azalacaq ki, bu da iqtisadiyyatda önəmli məsələlərdən biridir.

AZƏRTAC xəbər verir ki, dünya iqtisadiyyatı və siyasəti institutunun eksperti, qazaxıstanlı politoloq Yersultan Yenseytovun sözlərinə görə, dünya bazarında neftin qiymətinin müxtəlif geosiyasi proseslər səbəbindən tez-tez dəyişməsi və getdikcə dünyanın alternativ enerjiyə transformasiya olması neft ixracatçılarını yeni çağırışlar qarşısında qoyub. Bu çağırışlara cavab verməyi bacaran dövlətlər gələcəyə hazır olacaqlar. Qazaxıstan öz iqtisadiyyatında böyük islahatlar həyata keçirərək qeyri-neft sektorunu inkişaf etdirmək və dünya iqtisadiyyatına inteqrasiya olunmaq istiqamətində işlər aparır. Qazaxıstan Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin və onun aparıcı seqmenti olan Zəngəzur dəhlizinin inkişafında maraqlıdır. Qazaxıstan artıq Orta Dəhlizdən istifadə edir və 2024-cü ildə bu dəhliz vasitəsi ilə Avropaya 2 milyon ton neft ixrac edib. Zəngəzur dəhlizi üçün Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələr başa çatdıqdan sonra Ermənistana yüklər yalnız Azərbaycan üzərindən çatdırılacaq. Zəngəzur dəhlizi ilə yükdaşıma daha ucuz və tez başa gəlir. Digər tərəfdən, Azərbaycan bu gün dünyanın ən sabit ölkələrindən biridir ki, bu da yüklərin təhlükəsizliyinin təmin olunması üçün əhəmiyyətli xarakter daşıyır. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş zamanı ölkəsinin Zəngəzur dəhlizini (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) (TRIPP) təşəbbüsünü dəstəklədiyini bildirib. K.J .Tokayev qeyd edib ki, TRIPP Orta Dəhlizin gələcək inkişafını sürətləndirə və regional nəqliyyat əlaqələrini gücləndirə bilər. Hələ Amerikaya yola düşməyə hazırlaşan Prezident K.J. Tokayev “Mən Azərbaycanın da belə bir vacib forumda iştirakını arzuolunan hesab edirəm. Çünki enerji ehtiyatları, əlverişli coğrafi mövqeyi, həmçinin Prezident İlham Əliyevin strateji vizyonu və siyasi iradəsi nəzərə alınmaqla, bu ölkə mahiyyət etibarilə regional nəqliyyat, logistika və enerji gücünə çevrilib və Cənubi Qafqazda və ondan kənarda mühüm rol oynayır. Azərbaycan Böyük Orta Asiyanın təbii bir hissəsi hesab edilə bilər. Əminəm ki, tədbir məhsuldar və qarşılıqlı faydalı olacaq”-deməsi təsadüfi deyildi.

C5+1 çərçivəsində Qazaxıstan ilə ABŞ arasında 17 milyard dollar həcmində yeni müqavilələr imzalandı. ABŞ-ın Qazaxıstana yatırdığı sərmayənin ümumi həcmi 100 milyard dollardan çoxdur. Ölkədə 600 Amerika şirkəti fəaliyyət göstərir. Bütün bunlar Qazaxıstanın ixrac potensialını artırır və dünya iqtisadiyyatı ilə daha sıx əlaqələrin yaranmasına səbəb olur. Buna görə də Qazaxıstana mütləq nəqliyyat və tranzit yolları lazımdır. Bu yolları isə Azərbaycan təmin edir. Son illər nəqliyyat və tranzit sahəsində Azərbaycanın yaratdığı infrastruktur isə əvəzolunmaz bazadır. Bakı Beynəlxalq Dəniz Ticarət limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və əlbəttə ki, Zəngəzur dəhlizinin fəaliyyəti üçün hazırda həyata keçirilən infrastruktur layihələr layihələri Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirəcək.

Hazırda Zəngəzur dəhlizinin əsasını təşkil edən 140,6 kilometrlik Horadiz-Ağbənd dəmir yolunun tikintisi davam edir. Yolun dağlıq ərazidən keçdiyi üçün 4 tunelin tikintisi həyata keçirilir və tunellərdə işlərin 71 faizi başa çatdırılıb. Bununla paralel olaraq 123,8 kilometrlik Horadiz-Ağbənd avtomobil yolunun da tikintisi davam edir və gələn il istismara buraxılması nəzərdə tutulub. Azərbaycanın həyata keçirdiyi bu infrastrukturdan regionun bütün dövlətləri istifadə edərək ticarət əlaqələrini genişləndirəcəklər. Ümumiyyətlə, Zəngəzur dəhlizinin Vaşinqtonda keçirilən görüşdə müzakirə olunması onun qlobal xarakter daşıdığını deməyə əsas verir. Bütün bu işlər ABŞ-ın nəzərdindəir və rəsmi Vaşinqtonun Zəngəzur dəhlizini dəstəkləməsi də təsadüfi deyil.

ABŞ Mərkəzi Asiyaya nüfuz etməklə ilk növbədə qarşılıqlı faydalı əməkdaşlıq və praqmatik siyasət ilə Avrasiya məkanında əhəmiyyətli aktor olmaq niyyətindədir. Rəsmi Vaşinqton bu niyyətini silahla və siyasi təzyiqlərlə deyil, sərmayələri və diplomatiyası ilə reallaşdırmağa çalışır ki, bu da regionun bütün dövlətləri tərəfindən müsbət qarşılanır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Noyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri