Icma.az
close
up
RU
ALYASKADAN SONRA UKRAYNANIN 4 PARÇALANMA SSENARİSİ “The Times” xəritələri təqdim etdi (FOTO)

ALYASKADAN SONRA UKRAYNANIN 4 PARÇALANMA SSENARİSİ “The Times” xəritələri təqdim etdi (FOTO)

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Vladimir Putin və Donald Trampın görüşünə 2 gün qalıb. Avqustun 15-də onlar Alyaskanın Ankoric şəhərində danışıqlar masası arxasına əyləşəcəklər. Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyevin dediyinə görə, bu görüşdə “mühüm tarixi hadisə” baş verə bilər. Lakin həmin görüşə pessimist yanaşanlar da az deyil.

Hələlik Kiyev Rusiya - ABŞ sammiti öncəsi daha çox uduzmuş vəziyyətdə görünür. Danışıqların cəbhədəki ağır vəziyyət və Ukrayna Silahlı Qüvvələrindəki kadr çatışmazlığı fonunda baş tutması heç də Kiyevi üstün durumda göstərmir...

Digər yandan ABŞ administrasiyasının rəsmiləri müxtəlif səviyyələrdə Ukraynada “ərazi mübadiləsi” ssenarisindən danışırlar və bu zaman Ukraynanın mövqeyinə demək olar, istinad etmirlər. Hansı ki, Tramp administrasiyasının nəzərdə tutduğu “ərazi mübadiləsi” Rusiya və Ukrayna torpaqlarının deyil, yalnız Ukraynanın işğal edilmiş torpaqları və Kiyevin nəzarətində olan torparların mübadiləsini nəzərdə tutur. Yəni, söhbət Ukraynanın öz torpaqlarının bir-birilə dəyişdirilməsindən gedir.

Prezident Volodimir Zelenski artıq Alyaskada “ərazi mübadiləsi”nə dair hər hansı razılaşmanın Ukrayna tərəfindən tanınmayacağını bəyan edib.

Bəs Tramp-Putin görüşündən sonra ABŞ və Rusiya Ukrayna torpaqlarını necə “bölüşdürməyi” planlaşdırırlar?

“The Times” nəşri nəzərdə tutulan “ərazi mübadiləsi”nə dair 4 sseanari və 4 xəritə dərc edib.

Birinci ssenariyə görə, müharibə hazırkı cəbhə xətti boyu dayandırılaraq, dondurulur. Tərəflər öz mövqelərində qalır. Bu ssenarini daha əvvəl ilk olaraq Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov səsləndirmişdi.

İkinci varianta görə, bütün Donbas, yəni, Donetsk vilayətinin Ukraynanın nəzarətində qalan hissəsi də Rusiyaya verilir. Cəbhə xəttinin qalan hissəsi isə olduğu kimi dondurulur. Zelenski artıq bu təklifə belə cavab verib: "Ukrayna Silahlı Qüvvələri Donbası tərk etməyəcək, çünki buralar Ukraynanın qeyri-qanuni işğal olunmuş əraziləridir. Ruslar üçün Donbas gələcək hücum üçün tramplindir ".

Üçüncü ssenariyə görə, təkcə Donetsk deyil, Zaporojye və Xerson vilayətləri də bütünlüklə Rusiyanın nəzarətinə verilir. Lakin bu, az ehtimal edilən variantdır. Baxmayaraq ki, uzun müdətdir Rusiya məhz bunu tələb edir və həmin vilayətləri öz konstitusiyasına Rusiya ərazisi kimi salıb.

Dördüncü ssenari isə daha maraqlı və qeyri-adi görünür. Belə ki, həmin varianta görə, Rusiya Donbasla bərabər Zaporojyeni də götürür. Əvəzində Xerson vilayətinin işğal olunan əraziləri Ukraynaya geri verilir. Bu da qətiyyən inandırıcı versiya kimi görünmür. Çünki bu halda Ukrayna Zaporojye kimi böyük şəhərindən imtina etməlidir. Xersonun işğaldakı hissəsinin Ukraynaya verilməsi isə Rusiyanın böyük itkilərlə əldə etdiyi Krıma quru yolunu bağlamış olacaq.

Bir sözlə, bu ssenarilərin hamısında çatışmazlıqlar var. Qərb mətbuatı isə diplomatik dairələrə istinadla qeyd edir ki. “ərazi mübadiləsi”nin ən çox müzakirə olunan variantı Ukraynanın Donetskdən, Rusiyanın isə Xarkov, Sumı və Dnepropetreovsk vilayətlərində işğal etdiyi ərazilərdən çıxması variantıdır.

Təbii ki, son qeyd etdiyimiz variant da yumşaq desək, qüsurlu və əslində, Ukrayna üçün qəbuledilməz variantdır. Lakin təəssüf ki, Qərbdən və ABŞ-dən asılı vəziyyətdə olan rəsmi Kiyev üçün öz şərtlərini diqtə etmək olduqca çətindir. Bunun bariz nümunəsi Alyaskada Ukarynanın Ukraynasız müzakirə edilməsinin özüdür...

C.Məmmədli

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Avqust 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri