Icma.az
close
up
RU
AMADA nın aparıcı mütəxəssisləri EUPC də iştirak ediblər

AMADA nın aparıcı mütəxəssisləri EUPC də iştirak ediblər

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nı icra edən dövlət orqanları siyahısında yer alıb.

Futbolpress.az xəbər verir ki, agentlik Dövlət Proqramı çərçivəsində antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması məqsədi ilə mütəmadi olaraq tədbirlər və layihələr həyata keçirib. Silsilə layihələr fonunda AMADA tərəfindən Avropanın Profilaktika üzrə Tədris Proqramının (EUPC) təlimat kitabçası Azərbaycan dilinə tərcümə olunub. Bu proqramın davamı olaraq AMADA-nın aparıcı mütəxəssisləri EUPC-də iştirak ediblər.

Avropa İttifaqının Narkotiklər üzrə Agentliyi (EUDA) tərəfindən onlayn formatda təşkil olunan proqram psixoaktiv maddələrin istifadəsinin qarşısının alınması sahəsində sübutlara əsaslanan profilaktika yanaşmalarını öyrənmək məqsədilə geniş platforma təqdim edib.

Beş gün davam edən bu proqram iştirakçılara ailə, məktəb və icma əsaslı profilaktika strategiyalarını mənimsəmək və bu bilikləri Azərbaycanın profilaktika tədbirlərində tətbiq etmək imkanı yaradıb.

Proqramın birinci günü onlayn platformanın funksiyalarının təqdimatı və profilaktika sahəsində giriş mövzularını əhatə edib, iştirakçılara təşkilati məlumatlar və tədris prosesinin ümumi məqsədləri izah olunub. İkinci gün psixoaktiv maddələrin istifadəsinin epidemiologiyası və profilaktikasının əhəmiyyəti barədə müzakirə aparılıb, profilaktika terminologiyası və onun düzgün tətbiqi haqqında məlumat verilib. Növbəti günlərdə iştirakçılara BMT-nin Narkotiklərin Qarşısının Alınmasına dair Beynəlxalq Standartları və Avropanın Narkotik Asılılığın Qarşısının Alınmasına dair Keyfiyyət Standartları (EDPQS) barədə məlumat verilib, ailə, məktəb və iş yeri əsaslı profilaktikanın əsas prinsipləri istiqamətində fikir mübadiləsi aparılıb. Həmçinin ətraf mühit və icma əsaslı profilaktika yanaşmaları ilə yanaşı, media vasitəsilə həyata keçirilən profilaktika müdaxilələrinin təsiri və effektivliyi haqqında məlumatlar təqdim olunub, habelə sübutlara əsaslanan profilaktika üzrə təbliğat strategiyaları, monitorinq və qiymətləndirmə mexanizmləri haqqında müzakirələr aparılıb.

AMADA-nın əməkdaşlarının bu proqramda iştirakı agentliyin beynəlxalq təcrübələrdən faydalanmaq və ölkə daxilində psixoaktiv maddələrin istifadəsinin qarşısını almaq üçün daha effektiv strategiyalar tətbiq etmək məqsədini bir daha vurğulayıb. Təlimdən əldə edilən biliklər AMADA-nın profilaktika üzrə milli strategiyalarının təkmilləşdirilməsində və dayanıqlı həllərin inkişafında mühüm rol oynayacaq. Agentlik sübutlara əsaslanan profilaktika yanaşmalarını həyata keçirmək və beynəlxalq standartlara uyğun təcrübələri genişləndirmək istiqamətində öz fəaliyyətini davam etdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 İyun 2026 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see439

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see309

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see287

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see259

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see237

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see229

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see229

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see228

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see225

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see215

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see207

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see200

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see198

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see197

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see197

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see190

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see190

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see189

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see188

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri