Icma.az
close
up
RU
AMADA rəsmiləri CAHAMA nın 67 ci iclasında iştirak ediblər

AMADA rəsmiləri CAHAMA nın 67 ci iclasında iştirak ediblər

Icma.az, Cbcsport portalına istinadən məlumat yayır.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmiləri Fransanın Strasburq şəhərində, Avropa Şurasının Agora binasında Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 67-ci iclasında iştirak ediblər.

Tədbirə qurumun icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.

Nümayəndə heyəti iclasda fəal iştirak edib, müzakirələrə qoşulub və əsas antidopinq strategiyalarının formalaşdırılmasına töhfə verib.

Burada Avropa ölkələrinin nümayəndələri antidopinq sahəsində aktual məsələləri müzakirə edib, qitənin koordinasiya olunmuş mövqeyini formalaşdırıb və WADA-nın qarşıdakı İcraiyyə Komitəsinin iclasına hazırlıq aparıblar.

Toplantı gündəliyin qəbul edilməsi və CAHAMA-nın 66-cı iclasının hesabatının təsdiqlənməsi ilə işə başlayıb. Nümayəndələr gələcək görüşlərin cədvəlini nəzərdən keçirib və Katiblikdən antidopinq sahəsindəki əsas yeniliklər barədə məlumat alıblar. Müzakirələr zamanı strateji prioritetlərə toxunulub, Avropa ölkələrinin qlobal antidopinq siyasətinin formalaşdırılmasındakı birgə rolunun gücləndirilməsi xüsusi vurğulanıb.

İclasın əsas məqamlarından biri CAHAMA-nın rəhbər vəzifələrinə seçkilərin keçirilməsi olub. Belə ki, Fransa İdman Nazirliyinin Etika, dürüstlük və profilaktik siyasətlər bürosunun müavini Amandine Karton sədr, Yunanıstan Milli Antidopinq Agentliyinin rəhbəri Qriqorios Leon sədr müavini, AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev isə gender bərabərliyi üzrə məruzəçi vəzifəsinə seçiliblər. Seçkilər CAHAMA-nın güclü idarəçilik, inklüzivlik və gender bərabərliyinə sadiqliyini bir daha nümayiş etdirir.

Xüsusi ixtisaslaşmış bir qurum kimi CAHAMA Avropa Mədəniyyət Konvensiyasına qoşulmuş dövlətlərin antidopinq siyasəti üzrə mövqelərini əlaqələndirmək istiqamətində mühüm rol oynayır. Avropa ölkələrinin vahid mövqeyini təmin etməklə, komitə WADA-nın qərar qəbuletmə prosesində təsir imkanlarını gücləndirir, ədalətli və şəffaf qlobal antidopinq sisteminin inkişafına töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.cbcsport.az
archiveBu xəbər 14 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see383

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see343

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see339

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see335

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see317

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see309

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see298

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see296

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see285

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see268

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see267

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see248

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see239

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see237

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see234

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see223

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see222

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see208

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see201

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri