Icma.az
close
up
RU
AMADA rəsmiləri WADA nın 2025 ci il üçün simpoziumunda iştirak ediblər

AMADA rəsmiləri WADA nın 2025 ci il üçün simpoziumunda iştirak ediblər

Cbcsport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) nümayəndə heyəti İsveçrənin Lozanna şəhərində yerləşən "Swiss Tech" Konqres Mərkəzində keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2025-ci il üçün simpoziumunda iştirak ediblər.

Tədbirdə dünyanın müxtəlif ölkələrindən aparıcı ekspertlər, idmançılar və antidopinq üzrə peşəkarlar təmiz idmanın gələcəyi və idmançıların hüquqlarının qorunmasında innovativ yanaşmaları müzakirə etmək üçün bir araya gəliblər.

AMADA-nın nümayəndə heyəti WADA-nın 2025–2029-cu illər üzrə Strateji Planı, antidopinq sahəsində aparılan araşdırma və innovasiyalar, eləcə də 2027-ci il Ümümdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara ediləcək yeniliklər barədə keçirilən plenar və paralel sessiyalarda 1000-dən çox iştirakçı ilə birlikdə müzakirələrə qoşulub. Tədbirin əsas mövzularından biri də məlumat verən şəxslərin (whistleblowers) idarə edilməsi, İdmançı Şurasının genişləndirilmiş rolu və dopinq testlərində kontaminasiya probleminin həlli yolları olub.

Simpoziumun ən dinamik hissələrindən biri ideaton sessiyası olub ki, burada AMADA-nın nümayəndələri qlobal antidopinq sistemində mövcud problemlərin həlli üçün innovativ ideyalar irəli sürüblər. Sessiyaların nəticələri bağlanış plenar iclasında təqdim edilib, gələcək üçün yaradıcı və praktik həll yolları qeyd olunub.

Tədbirdə həmçinin rəqəmsal innovasiyalar, data idarəçiliyi və antidopinq cəmiyyəti arasında daha güclü əməkdaşlıq əlaqələrinin qurulması kimi mühüm mövzular da diqqət mərkəzində olub. AMADA-nın nümayəndələri əməkdaşlıq və süni intellekt də daxil olmaqla, texnoloji inkişafların antidopinq səylərini və maarifləndirmə fəaliyyətlərini necə gücləndirə biləcəyi haqqında sessiyalarda fəal iştirak ediblər.

WADA-nın illik simpoziumu 2027-ci ildə Cənubi Koreyanın Busan şəhərində qəbul ediləcək Ümümdünya Antidopinq Məcəlləsi öncəsi mühüm tədbirlərdən biri hesab olunur. AMADA-nın bu simpoziumda iştirakı Azərbaycanın antidopinq siyasətinin formalaşmasında və təmiz idmanın beynəlxalq səviyyədə qorunmasında fəal rol oynadığını bir daha təsdiq edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://www.cbcsport.az
archiveBu xəbər 01 Aprel 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri