Icma.az
close
up
RU
AMADA rəsmiləri Danimarkada

AMADA rəsmiləri Danimarkada

Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə və icraçı direktorun müavini Rüfət Efendiyev Danimarkadakı Orhus Universitetinin İdman Elmləri İnstitutunda keçirilən dopinq araşdırmaları üzrə beynəlxalq konfransda iştirak ediblər.

Futbolpress.az xəbər verir ki, “Təkmilləşmədə sərhədləri aşaq” adlı konfrans dünyanın aparıcı antidopinq ekspertləri və tədqiqatçılarını bir araya toplayıb. İki gün ərzində iştirakçılar müasir çağırışlar və dopinqlə mübarizənin perspektivləri ilə bağlı geniş spektrli məsələləri müzakirə ediblər. Rəqəmsal dopinq ekosistemi, steroidlərin gənc idmançıların sağlamlığına təsiri, mübahisəli “Gücləndirilmiş Oyunlar” (Enhanced Games) təşəbbüsləri, idmançılar arasında qadağan olunmuş dərmanların istifadəsi ilə bağlı sistemli problemlər kimi mövzulara xüsusi diqqət yetirilib.

Konfransın əsas istiqamətlərindən biri müasir təhdidlər və onların aradan qaldırılması strategiyalarının müzakirə edildiyi “Antidopinq üçün yeni çağırışlar” sessiyası olub. Həmçinin beynəlxalq antidopinq sisteminə etimad və qadağan olunmuş dərmanlardan istifadə edən idmançıların təcrübələrinin təhlili ilə bağlı dəyirmi masalar təşkil olunub və müzakirələr aparılıb. Dopinqdən asılılığın və onun nəticələrinin öyrənilməsinə, reabilitasiyanın effektiv üsullarının axtarışına xüsusi diqqət yetirilib.

Rüfət Efendiyev “Asılılığın hüdudlarını aşmaq: idman və reabilitasiyanın birləşməsi” mövzusunda məruzə ilə çıxış edərək, narkomaniya da daxil olmaqla, idmanın bərpa prosesinə inteqrasiyası imkanları barədə məlumat verib.

Konfrans çərçivəsində Təhminə Tağı-zadə Danimarka, Niderland və digər ölkələrin antidopinq qurumlarının rəhbərliyi ilə bir sıra görüşlər keçirib. Görüşlərdə müxtəlif ölkələrdə yeni tədqiqat strategiyaları və antidopinq tədbirlərinin effektivliyinin qiymətləndirilməsi müzakirə olunub. Antidopinq sahəsində qabaqcıl təcrübə mübadiləsinə və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirilib. Təhminə Tağı-zadə elmi tədqiqatların idmanda yeni çağırışlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bu görüşlər milli qurumlar arasında daha çox anlaşmaya kömək etməklə yanaşı, daha effektiv şəbəkələşdirilmiş və qlobal antidopinq mexanizmlərinin yaradılmasına yönəlmiş əməkdaşlığın yollarını müəyyənləşdirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 27 Aprel 2026 19:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri