“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır (Video)
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda yerləşən "Amay" Ticarət Mərkəzinin binasının dam örtüyündəki dəmir konstruksiyaların yararsız vəziyyətdə olması ətrafda yaşayanları və ərazidən keçənləri narahat edir. Xüsusilə küləkli havalarda konstruksiyaların qoparaq insanların və avtomobillərin üzərinə düşmə ehtimalı var. Odur ki, vətəndaşlar aidiyyəti qurumların ərazidə təhlükəsizlik tədbirləri görməsini istəyirlər.
Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, binanın alt hissəsində olan obyekt və müəssisələrə görə əraziyə insan və avtomobil axını çox olur. Sakinlər deyirlər ki, damın bu vəziyyədə olması risklidir.
Yaxınlıqda olan parklanma zonasında avtomobillərini saxlayan sürücülər də yaranmış vəziyyətdən narahatdırlar.
Məsələ ilə bağlı "Amay" Ticarət Mərkəzindən bildirildi ki, hazırda təmir- bərpa işlərinə başlanlıb. Problem olan yerlər nəzarətə götürülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 02 Noyabr 2026 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















