“Amazon” “Starlink”in rəqibini təqdim edir: Peyk internet xidməti bu il başlayır
Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəllif: Tamara Mustafayeva, Banco.az
“Amazon” “Starlink”in rəqibini təqdim edir: Peyk internet xidməti bu il başlayır.
Banco.az xəbər verir ki, “United Launch Alliance”a (ULA) məxsus raket “Amazon” üçün 29 peyki orbitə daşıyıb. Bununla da şirkətin “SpaceX”in dominant mövqeyə malik “Starlink” şəbəkəsinə rəqib olacaq genişzolaqlı internet xidmətini bu ilin sonunadək istifadəyə verməsi üçün zəmin yaranıb.
“Amazon”un “Project Kuiper” proqramı çərçivəsində son aşağı Yer orbitli (LEO) peyklərini daşıyan “Atlas V” raketi cümə axşamı ABŞ-ın Florida ştatındakı Cape Canaveral Space Force Stationndən buraxılıb.
“Amazon”un aşağı Yer orbitli xidmət və məhsulları üzrə vitse-prezidenti Kris Veber sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, 390-dan çox peykin orbitə yerləşdirilməsi ilə şirkət bu il internet xidmətini istifadəyə vermək üçün zəruri sayda buraxılış əməliyyatını tamamlayıb.
Veber qeyd edib: “Bütün bu yeni peyklərin onlar üçün müəyyən edilmiş hündürlüklərə çatdırılması da daxil olmaqla, qarşıda hələ çox işimiz var”.
“ULA”nın “Atlas V” raketi bu günə qədər “Amazon”un peyklərinin təxminən 60 faizini orbitə daşıyıb. Gələcək missiyalarda isə şirkətin yeni nəsil “Vulcan” raketindən istifadə edilməsi planlaşdırılır.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 İyul 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















