Amazon un kassirsiz mağazaları iflas etdi
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ-ın e-ticarət nəhəngi "Amazon" İngiltərədə fəaliyyət göstərən bütün "Amazon Fresh" - kassirsiz mağazalarını bağlayacağını açıqlayıb.
Banco.az xəbər verir ki, şirkət bildirib ki, 2017-ci ildə aldığı 14 mağazanı daimi olaraq bağlayacaq, 5 mağaza isə Whole Foods Market-ə çevriləcək.
Məlumatına görə, kassirsiz mağazalar pandemiya dövründə populyarlıq qazansa da, Amazon-un gözlədiyi nəticəni verməyib.
Şirkət açıqlamasında, bağlanmalardan təsirlənən işçilərə mümkün olduqda yenidən təyinat imkanları təklif ediləcəyini bildirib. Şirkət bu qərarı onlayn çatdırılma xidmətlərinə daha çox diqqət yetirmək məqsədilə verdiyini vurğulayıb.
Kassirsiz mağazalar alıcılara telefonlarına tətbiq etdikləri proqram vasitəsilə kredit kartı ilə ödəniş etməyə imkan verir, ödənişlər isə kameralar və sensorlar vasitəsilə avtomatik həyata keçirilir. Pandemiya dövründə onlayn alış-verişin artması Amazon-a sektorda əhəmiyyətli pay qazandırmışdı. 2021-ci ildə isə şirkət İngiltərədə ilk Amazon Fresh mağazasını açmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 24 Sentyabr 2025 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















