Icma.az
close
up
RU
Amazon un satışları və mənfəəti artıb

Amazon un satışları və mənfəəti artıb

Icma.az, Banco.az portalına istinadən məlumat verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın e-ticarət nəhəngi “Amazon”un xalis satışları ötən ilin dördüncü rübündə 187,8 milyard dollara yüksəlib.

Banco.az xəbər verir ki, “Amazon” 2024-cü ilin oktyabr-dekabr dövrünə dair maliyyə hesabatını açıqlayıb.

Buna görə, “Amazon”un xalis satışları ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artaraq 187,8 milyard dollara yüksəlib.

Bazar proqnozları şirkətin bu dövr üçün 187,3 milyard dollar xalis satış elan edəcəyi istiqamətində idi. Şirkətin xalis satışları 2023-cü ilin dördüncü rübündə 170 milyard dollar olmuşdu.

20 milyard dollar xalis mənfəət

“Amazon”un xalis mənfəəti də ötən ilin son rübündə 20 milyard dollara çatıb. Şirkət əvvəlki ilin eyni dövründə 10,6 milyard dollar xalis mənfəət əldə etmişdi.

E-ticarət nəhənginin səhm başına mənfəəti 2024-cü ilin son rübündə 1,86 dollar olaraq hesablanıb. Şirkət əvvəlki ilin eyni dövründə səhm başına 1 dollar mənfəət elan etmişdi.

Şirkətin xalis satışları ötən il 11% artaraq 638 milyard dollara yüksəlib, xalis mənfəəti isə eyni dövrdə 59,2 milyard dollar olub.

“Amazon” bu ilin ilk rübündə 151 milyard dollar ilə 155,5 milyard dollar arasında xalis satış gözlədiyini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://banco.az
archiveBu xəbər 07 Fevral 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see315

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see266

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see225

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see222

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see218

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see217

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see217

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see217

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see213

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see212

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see210

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see200

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see196

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see190

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see190

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see181

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see177

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see177

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see177

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri