Pentaqon rəhbəri mümkün impiçmentdən narahat olmadığını bildirib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 10 noyabr, AZƏRTAC
ABŞ-nin müdafiə naziri Pit Heqset ona qarşı mümkün impiçment prosedurundan narahat olmadığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
Mümkün vəzifədən uzaqlaşdırılması ilə bağlı suala cavab verən Heqset “Biz bundan narahat deyilik” deyib. O, noyabrın 10-da bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcəyini də bildirib.
Qeyd edək ki, Nümayəndələr Palatasının üzvü Tomas Massi Heqsetə qarşı impiçment təklifini yenidən səsverməyə çıxarmağı planlaşdırdığını açıqlayıb.
Bununla yanaşı, CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Trampın siyasi mühitdə yaranmış vəziyyətə görə məsuliyyət daşıyacaq şəxslər axtara biləcəyi və Heqsetin mümkün namizədlərdən biri hesab olunduğu bildirilir. Tramp daha əvvəl müdafiə nazirinin fəaliyyətindən razı olduğunu bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 10 Noyabr 2026 04:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















