“Amazon”un anbarlarında robotlar üstünlük qazanır
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Amazon"un anbarlarında robotların sayı sürətlə artır.
Milli.Az xəbər verir ki, artıq qlobal tədarük proseslərinin 75%-i robotlar vasitəsilə həyata keçirilir.
Robotlar məhsulların daşınması, çeşidlənməsi və qablaşdırılması kimi əsas işləri icra edir. Louisianadakı 280 min kvadratmetrlik anbarda robot qollar milyonlarla məhsulu emal edir. Bu hibrid sistem məhsul dövriyyəsini 25% artırıb.
Robotlaşma işçi sayına da təsir edib. Hazırda hər anbarda orta hesabla 670 nəfər çalışır bu, 16 ilin ən aşağı göstəricisidir. Bununla yanaşı, bir işçiyə düşən paket sayı 10 ildə 175-dən 3870-ə qalxıb.
Baş direktor Andy Jassy -nin sözlərinə görə, süni intellekt bəzi işləri əvəz etsə də, yeni texnologiyalar yeni imkanlar da yaradır. Şirkət bu günə qədər 700 min işçini texnoloji bacarıqlar üzrə təlimatlandırıb.
Qeyd edək ki, "Amazon"un robotlaşma prosesi 2012-ci ildə Kiva Systems-in alınması ilə başlayıb. Bu gün isə şirkət səsli əmrlərlə çalışan və insanabənzər robotlar üzərində sınaqlar aparır.
İlqar Şabanov
Milli.Az
Baxış sayı:123
Bu xəbər 03 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















