Icma.az
close
up
RU
AMB dörd innovativ məhsulu sınaqdan keçirir

AMB dörd innovativ məhsulu sınaqdan keçirir

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Maliyyə sektorunun, institutlarının, bazarlarının və infrastrukturunun sabitliyinin təmin edilməsi üzrə ötən il AMB prudensial tənzimləmə çərçivəsinin modernizasiyasını davam etdirib, banklarda korporativ idarəetmə standartlarına yenidən baxıb, bununla bağlı gələcək vizyonu əks etdirən tövsiyələr qəbul edib, sığorta və investisiya şirkətləri üçün korporativ idarəetmə standartları tətbiq edib".

Oxu.Az xəbər verir ki, bu fikirləri AMB-nin İdarə Heyəti sədrinin müavini Toğrul Əliyev bu gün Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda səsləndirib.

T.Əliyev qeyd edib ki, risklərin idarə edilməsi və effektiv nəzarət məsələlərinə xüsusi önəm verilib, riskəsaslı nəzarət üzrə siyasət konsepsiyası və bank sektoru üzrə makroprudensial siyasət çərçivəsi təsdiq edilib:

"Bu istiqamətdə banklarda ekoloji risklərin idarə edilməsi, əməliyyat risk menecmenti və s. sahələr üzrə tənzimləmələrin tətbiqinə start verilib. Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə dair yeni qaydalar qəbul olunub. Sığorta sahəsi üzrə risklərin xaricə ötürülməsi, həmçinin katastrofik risklərin təkrarsığortalanması ilə bağlı tələblər müəyyən edilib, sığortaçıların dayanıqlı təkrarsığorta siyasəti formalaşdırılıb".

Sədr müavini əlavə edib ki, ölkədə əhalinin və biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi və yeni çeşid maliyyə alətlərindən istifadənin təmin edilməsi məqsədilə banklarda davranış modelləri əsasında kreditləşməyə dair prudensial tənzimlənmə çərçivəsi qəbul edilib:

"Kredit müqavilələri üzrə borcalanın həyat sığortası ilə bağlı yeni tənzimləmələr gətirilib, agent bankçılıq üçün hüquqi-normativ baza formalaşdırılıb, yaşıl taksonomiya təsdiqlənib, Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri, yaşıl maliyyə və bir sıra digər sahələr üzrə məlumatlılığın artırılması məqsədilə çoxsaylı tədbirlər keçirilib".

"2023-cü ildə "Ödəniş xidmətləri və sistemləri haqqında" Qanunun qəbul edilməsi ilə ödəniş və maliyyə texnologiyaları sahəsi yeni mərhələyə qədəm qoyub. Ötən dövrdə AMB 14 elektron pul təşkilatı, səkkiz ödəniş təşkilatı və bir operatoru lisenziyalaşdırıb. Ani Ödənişlər Sisteminin əhatə dairəsinin genişləndirilməsi davam etdirilib, açıq bankçılıq üzrə tələblər təsdiq olunub. Maliyyə innovasiyalarının inkişafı məqsədilə AMB ötən ildən etibarən xüsusi tənzimləmə rejiminin tətbiqinə başlayıb. Bu məqsədlə xüsusi tənzimləmə rejiminin ayrıca internet resursu yaradılıb, artıq 21 müraciət qeydə alınıb və onlardan dörd innovativ məhsul meyarlara uyğun seçilərək xüsusi tənzimləmə rejiminə qəbul edilib. Hazırda bu innovativ məhsullar sınaqdan keçirilir", - deyə AMB rəsmisi vurğulayıb.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Fevral 2025 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri