Mərkəzi Bankın xüsusi tənzimləmə rejimi çərçivəsində dörd innovativ məhsul sınaqdan keçiriləcək
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Mərkəzi Bank tərəfindən xüsusi tənzimləmə rejimi çərçivəsində fəaliyyətin təşkili və idarə olunması üzrə proseslər davam etdirilir. Xüsusi tənzimləmə rejimin ikinci qəbul dövrü üzrə innovativ məhsulların sınaqdan keçirilməsi məqsədilə daxil olmuş 14 müraciətin qiymətləndirilməsi prosesi başa çatdırılıb.
"APA-Economics" xəbər verir ki, qiymətləndirmə nəticəsində müraciətlər arasından 4 innovativ məhsul seçilərək xüsusi tənzimləmə rejimində, məhdud şərtlərlə sınaqdan keçirilmək üçün uyğun hesab edilib.
Xüsusi tənzimləmə rejimində sınaqdan keçiriləcək məhsullar aşağıdakılardır:
“ABB” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Murabaha məhsulu “Rabitəbank” ASC tərəfindən təqdim edilən “İslam bankçılığı” çərçivəsində Mudaraba və Murabaha məhsulu “PAŞA Sığorta” ASC tərəfindən təqdim edilən “Könüllü sığorta məhsullarının hədiyyə vauçerləri vasitəsilə əldə olunması” məhsulu “BİTAZN” MMC tərəfindən təqdim edilən “BİTAZN kriptovalyuta birjası” məhsuluQeyd olunan məhsullar məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında 6 ay müddətində sınaqdan keçiriləcək.
Xatırladaq ki, xüsusi tənzimləmə rejimi innovativ xidmət və məhsulların bazara təqdim edilməsinə, ölkəmizdə maliyyə inklüzivliyinin artırılmasına, həmçinin maliyyə xidmətlərinin istifadəçilər üçün təhlükəsizliyinin və əlçatanlığının daha da yüksəldilməsinə xidmət edir.
Xüsusi tənzimləmə rejimi, eləcə də sınaqdan keçiriləcək məhsullar barədə daha ətraflı məlumatla bu link vasitəsilə tanış ola bilərsiniz: https://sandbox.cbar.az/az/registry
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 26 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















