AMB: İstehlak kreditlərinə tələb cüzi azalıb
Banco.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2024-cü ilin III rübündə cəmi istehlak kreditləri, o cümlədən kredit kartları üzrə kredit standartlarında sərtləşmə müşahidə edilib. Banklar sorğuda əməkhaqqı kreditləri üzrə kredit standartlarında yumşalma olduğunu bildirmişlər. Respondentlər cari ilin IV rübündə əmək haqqı kreditləri üzrə standartlarda yumşalmanın davam edəcəyini və kredit kartları üzrə standartlarda heç bir dəyişiklik olmayacağını proqnozlaşdırırlar.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) kreditləşmə fəaliyyətinə dair sorğunun nəticələrində bildirilib.
Qeyd edilib ki, sorğu nəticələrinə əsasən faiz dərəcələrinin artımı fonunda ümumi istehlak kreditlərinə tələb cüzi azalıb. İştirak edən respondentlərin cavablarına görə azalma əsasən kredit kartları hesabına olub. Banklar 2024-cü ilin növbəti rübündə ümumi istehlak kreditlərinə xüsusilə, kredit kartlarına tələbdə artım olacağını proqnozlaşdırırlar.
apa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 29 Noyabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















