AMB Lüksemburq və BƏƏnin sığorta brokerlərini reyestrinə daxil edib
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Mərkəzi Bankı (AMB) Lüksemburqun “Howden Specialty Luxembourg, S.ά.r.l” və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Volante (DIFC)" şirkətlərini xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta brokerlərinin reyestrinə daxil edib.
“Report” bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, Azərbaycanın sığorta bazarında fəaliyyət göstərən xarici brokerlərin sayı 95-ə çatıb.
Bundan əvvəl noyabrda Türkiyənin "BMS Group Sigorta ve Reasürans Brokerliği" Anonim Şirkəti sığorta brokerlərinin reyestrinə daxil edilmişdi.
Xatırladaq ki, “Howden Specialty Luxembourg, S.ά.r.l” 2019-cu ildən, "Volante (DIFC)" isə 2021-ci ildən sığorta və təkrarsığorta sahəsində fəaliyyət göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 05 Dekabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















