AMB sədri: Azərbaycanın bank sektoru 2030cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək
Icma.az bildirir, Operativmedia saytına əsaslanaraq.
Azərbaycan bank sektoru BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ölkədə "yaşıl transformasiya” çərçivəsində maliyyə öhdəliklərinin həcmini açıqlayacaq.
"Operativ Media" xəbər verir ki, bunu COP29 kuluarlarında jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
O vurğulayıb ki, noyabrın 14-də keçiriləcək konfransdakı müzakirələr maliyyə məsələlərinə həsr olunacaq: "AMB maliyyə sektoru ilə birlikdə üç tədbir keçirəcək. Burada, həmçinin bank sektorunun Azərbaycanda “yaşıl transformasiya”nın maliyyələşdirilməsi üzrə üzərinə götürdüyü maliyyə öhdəliklərinin həcmi açıqlanacaq".
T.Kazımovun sözlərinə görə, qeyd olunan tarix əlamətdar olacaq, çünki ölkənin bank sektoru 2030-cu ilin sonuna qədər maliyyə öhdəliklərini elan edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 Noyabr 2024 09:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















