AMBdə COP29 zamanı planlaşdırılan fəaliyyət müzakirə olunub
Operativmedia portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Mərkəzi Bankında (AMB) noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı maliyyə sektorunda planlaşdırılan fəaliyyətlər müzakirə olunub.
"Operativ Media" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə növbəti görüş çərçivəsində baş tutub: "Görüş zamanı bank sektorunun III rüb üzrə fəaliyyəti, əldə olunan nəticələr və növbəti dövr üzrə hədəflər müzakirə olundu. Ölkədəki makroiqtisadi vəziyyət, son iqtisadi göstəricilər və bunların maliyyə sektoruna təsirləri ilə bağlı fikir mübadiləsi aparıldı, sektor nümayəndələrinin təklifləri dinlənildi. COP29 zamanı ümumilikdə maliyyə sektorunun qarşısında duran məsələlər, planlaşdırılan fəaliyyət sahələri müzakirə olundu", - deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 05 Noyabr 2024 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















