Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

Ukraynalı deputat Trampın sülh planını açıqladı

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

AMEA da “Azıx mağarası Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı olub

AMEA da “Azıx mağarası Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimatı olub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Oktyabrın 8-də AMEA-nın Əsas binasında ingilis dilində nəşr edilmiş “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının təqdimat mərasimi keçirilib.

XQ xəbər verir ki, kitab Arxeologiya və Etnoqrafiya İnstitutunun Daş dövrü arxeologiyası şöbəsinin müdiri tarix elmləri doktoru professor Əsədulla Cəfərovun həmmüəllifliyi ilə hazırlanıb.

Əvvəlcə tədbir iştirakçıları foyədə professor Əsədulla Cəfərovun Azərbaycanın, Qafqazın, Avropanın daş dövrü və ibtidai icma tarixinin ayrı-ayrı inkişaf mərhələlərinə, eləcə də Qarabağın ən qədim tarixinə aid yazdığı kitablardan ibarət sərgi ilə tanış olublar.

Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Azərbaycanın 8 görkəmli tədqiqatçı aliminin və professor Əsədulla Cəfərovun uzun illər apardıqları gərgin araşdırmaların nəticəsi olan kitabın elmi-siyasi əhəmiyyətini qeyd edib. Bildirib ki, 415 səhifədən, 10 fəsildən ibarət olan  bu monoqrafiya 2021-ci ildə - Azərbaycan ərazi bütövlüyünü, o cümlədən Azıxda suverenliyini bərpa etdikdən sonra rus dilində nəşr olunub. Azıx mağarasının dünya arxeologiyasında, paleoantropologiyasında rolunu  nəzərə alan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə monoqrafiya ingilis dilinə tərcümə olunaraq nəşr edilib. 

Akademik İsa Həbibbəyli unikal nəşrin ilk təqdimatının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycanın Böyük Britaniyadakı Səfirliyinin dəstəyi ilə Londonda Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirildiyini xatırladıb, bu addımı Azərbaycan elminin beynəlxalq aləmdə təbliği baxımından yüksək qiymətləndirib. O, “Azıx mağarası - Azərbaycan ərazisində ən qədim yaşayış məskəni” kitabının Londonda dünyamiqyaslı tədbir çərçivəsində təqdim olunmasının professor Əsədulla Cəfərovun əməyinə dərin  hörmətin, eləcə də dünyasını dəyişmiş alimlərin xatirəsinə böyük ehtiramın ifadəsi olduğunu vurğulayıb.

AMEA rəhbəri Azıx mağarasının təkcə Azərbaycan üçün deyil, bütün dünya elmi üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. O, 1960-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Paleolit Arxeoloji Ekspedisiyasının rəhbəri, görkəmli arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə Qarabağ ərazisində aparılan tədqiqatlar nəticəsində bu mağaranın kəşf edildiyini bildirib.

Professor Əsədulla Cəfərovun şərəfli ömür yoluna, zəngin elmi yaradıcılığına nəzər salan akademik İsa Həbibbəyli onun "Qarabağın paleolit düşərgələri" adlı kitabını xüsusi qeyd edib.  Bildirib ki, Qarabağın dünya şöhrətli Azıx və Tağlar qədim insan düşərgələrində aparılmış kompleks elmi tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhinə həsr olunan bu nəşr bugünkü və gələcək nəsillər üçün dəyərli mənbədir. Əsərdə Azıx qədim insan düşərgəsinin tarixini saxtalaşdırmağa çalışan bəzi erməni "tədqiqatçıların" fikirlərinin elmi əsasının olmadığı faktlarla təsdiq olunub.

Akademik İsa Həbibbəyli kitabın həm də Prezident İlham Əliyevin “Dəmir yumruq” iradəsi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən məskunlaşma siyasətinə, eləcə də doğma torpaqlarda həyata keçirilən yeni həyat, bərpa layihələrinə diqqəti artırdığını vurğulayıb. 

AMEA rəhbərinin sözlərinə görə, Qarabağda ermənilərin ziyan vurduqları tarixi irsimizdən biri də Azıx mağarasıdır. Erməni işğalçıları bir müddət Azıx mağarasını silah anbarına çevirib, sonra isə xarici alimləri də cəlb etməklə burada qanunsuz arxeoloji qazıntılar aparıb, Azərbaycana məxsus olan bu qədim sərvəti özününküləşdirmək, tarixi mənimsəmək üçün təxribatçı fəaliyyətlərlə məşğul olublar. Ölkə Prezidentinin tapşırığı ilə toplanmış materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən bu istiqamətdə cinayət işi başlanılıb, Azıxın qədimliyinin Azərbaycana məxsus olması ilə bağlı beynəlxalq qurumlara müraciətlər olunub.

Qarabağın bütün əraziləri kimi, Azıxın da işğaldan azad olunduğunu söyləyən akademik İsa Həbibbəyli hazırda həmin tarixi abidələrdə Yaponiya, Danimarka və digər ölkə alimlərinin birgə iştirakı ilə geniş tədqiqatların aparıldığını bildirib. O, tarixi sərvətimiz olan Azıx mağarası ilə bağlı yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc olunmasının zəruriliyini qeyd edib, tədqiqatçılara bu istiqamətdə fəaliyyətlərini daha da genişləndirmələrini tövsiyə edib. Alim, həmçinin Azərbaycan dövlətçiliyinin təşəkkülünün bir hissəsi olan Qafqaz Albaniyasının, onun müasir dövrümüzə qədər gəlib çıxan və sovet dövründə tədqiqinə ciddi maneələr yaradılan məbədlərinin tarixinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac olduğunu bildirib. Akademik İsa Həbibbəyli sözügedən maddi mədəniyyət nümunələrinin ölkəmizə məxsusluğuna dair tarixi həqiqətlərin beynəlxalq elmi ictimaiyyətə çatdırılmasının vacibliyini vurğulayıb. 

Çıxışının sonunda AMEA rəhbəri ingilis dilində nəşr olunan kitabın dünya arxeologiya elminin tədqiqatçıları üçün mühüm elmi mənbə olduğunu qeyd edib, həmmüəllifə yeni yaradıcılıq uğurları arzulayıb.

Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, millət vəkili, Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi tarix elmləri doktoru Vasif Qafarov,  AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev və başqaları çıxış edərək bildiriblər ki, ingilis dilində nəşr edilmiş əsər təkcə elmi ictimaiyyət üçün deyil, həm də beynəlxalq müstəvidə hüquqi əsas kimi istifadə olunacaq dəyərli mənbədir.

Çıxışlarda ömrünü elmə həsr etmiş professor Əsədulla Cəfərovun arxeoloji tədqiqatlarından bəhs olunub. Vurğulanıb ki, alim Qarabağın qədim tarixinin, Azıx, Tağlar, Qazma paleolit düşərgələrinin arxeologiya elminin müasir tələbləri səviyyəsində tədqiqi sahəsində uğurlu fəaliyyət göstərib. Onun rəhbərliyi altında paleolit arxeoloji ekspedisiyası Naxçıvanda Qazma, Kəlbəcərdə orta Şurtan, Lerik rayonu ərazisində isə Buzeyir və Zuvandçay paleolit düşərgələrini kəşf edib.

Sonda çıxış edən kitabın həmmüəllifi professor Əsədulla Cəfərov tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, elmi tədqiqatlarından söz açıb, nəşr haqqında öz fikirlərini bölüşüb. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Oktyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see236

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see225

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see222

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see198

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see189

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see150

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see140

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see131

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see128

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see128

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see128

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see128

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see127

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see126

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see126

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see124

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see124

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

20 Noyabr 2025 21:47see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri