Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Bankların keşbek faizləri Yanvar 2026

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə bacısının keçmiş ərini öldürməkdə təqsirləndirilən Məhərrəm Hüseynzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, məhkəmə iclasında hadisə yerindən videogörüntülər nümayiş olunub, təqsirləndirilən Məhərrəm Hüseynzadə isə məhkəmənin suallarını cavablandırıb.

O bildirib ki, keçmiş kürəkəni Zəhmət Əhmədova yaxınlaşaraq onu sakitləşdirmək və avtomobilə mindirib ərazidən uzaqlaşdırmaq istəyib:

"Benzini tökəndən sonra mənə dedi ki, guya deyirdin məni yandıracaqsan, yandır da. Maşına yaxınlaşanda isə getməkdən imtina etdi. Mən siqaret çəkmirəm, avtomobilimdə də alışqan olmayıb. Məni tanıyan hər kəs bilir ki, maşınımda kiminsə siqaret çəkməsinə belə icazə vermirdim. Məhəlləyə çatanda Zəhmətin cibində həm siqaret, həm də alışqan vardı".

Zəhmət Əhmədovun həyat yoldaşı Aysel Əhmədova ifadəsində qardaşı ilə həyat yoldaşı arasında heç vaxt mübahisə olmadığını bildirib:

"Yəqin ki, məni qorxutmaq istəyirdi. O, indiyədək heç vaxt pis sözlər deməz, söyüş söyməzdi. Mən başa düşdüm ki, həmin an özündə deyildi. Xəstəxanada yanına gedəndə dedi ki, bu hadisəyə görə çox xəcalət çəkir və Məhərrəmin üzünə baxa bilmir".

Təqsirləndirilənin vəkili vəsatətlə çıxış edərək zərərçəkmiş Zəhmət Əhmədovun xəstəxanada alınmış videoifadəsində psixoloji durumunun mütəxəssis tərəfindən qiymətləndirilməsini, hadisə günü onun davranışlarındakı qəribəliklərə baxmayaraq, psixoloji müayinədən keçirilməməsinin səbəblərinin araşdırılmasını, həmçinin hadisə yerindəki videokameraların görüntülərinin keyfiyyətsiz olması səbəbindən təkrar ekspertiza təyin edilməsini məhkəmədən xahiş edib. Vəkil sual edib: "Əgər Məhərrəmdə alışqan olubsa, onun yanıq xəsarəti alması mümkündürmü?"

Hakim Aytən Əliyeva vəsatətin müzakirəyə çıxarılmadığını elan edib.

Şahid Seymur Əhmədov bildirib ki, hadisədən bir gün sonra xəstəxanaya gedərək qardaşını ziyarət edib:

"Həkim mənə iki alışqan, siqaret və Zəhmətin şəxsiyyət vəsiqəsini verdi. Mən də bunları iki gün sonra müstəntiqə təqdim etdim".

Məhkəmə işi üzrə müstəntiqin və həkimin şahid qismində dindirilməsi üçün məhkəməyə çağırılacağı bildirilib. Növbəti məhkəmə prosesi 19 yanvar saat 14:00-a təyin edilib.

Xatırladaq ki, hadisə 29 may 2025-ci il tarixində gecə saat 01 radələrində Nizami rayonunun Fərzəliyev küçəsi, 2 ünvanında baş verib. Məhərrəm Hüseynzadə ailə üzvləri ilə birlikdə yaşadığı ünvanda olarkən bacısının keçmiş əri Zəhmət Əhmədov sərxoş vəziyyətdə oraya gələrək səs-küy yaradıb.

Bina sakinlərini narahat etməmək məqsədilə Məhərrəm Hüseynzadə onu BMW markalı avtomobilə mindirərək ərazidən uzaqlaşdırmaq istəyib. Yolda aralarında yaranan mübahisə zamanı Zəhmət Əhmədovun nalayiq ifadələrindən əsəbiləşən Məhərrəm Hüseynzadə avtomobili yanacaqdoldurma məntəqəsinə sürüb. O, plastik qaba yanacaq dolduraraq Zəhmət Əhmədovun üzərinə töküb.

Zərərçəkən bir gün sonra müalicə aldığı Nərimanov Tibb Mərkəzinin yanıq şöbəsində vəfat edib.

Faktla bağlı Məhərrəm Hüseynzadə həbs olunub. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Yanvar 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see407

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see189

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see160

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see149

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see149

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see148

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see148

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see147

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see143

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see142

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see138

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see138

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see137

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri