Icma.az
close
up
RU
AMEA da “Zəfər yolunun təməli” adlı lektoriya keçirilib

AMEA da “Zəfər yolunun təməli” adlı lektoriya keçirilib

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 16 iyul, AZƏRTAC

İyulun 16-da Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 56-cı ildönümünə həsr olunan “Zəfər yolunun təməli” adlı lektoriya keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin MEK-in foyesindəki büstü önünə tər gül dəstələri düzüb, dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.

AZƏRTAC xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edib. O, Ulu Öndərin 1969-cu ilin 14 iyulunda Azərbaycana rəhbər seçilməsini ölkəmizin müstəqillik tarixinin, parlaq və işıqlı yolunun başlanğıcı kimi dəyərləndirib. Qeyd edib ki, dövlət müstəqilliyimizin möhkəm təməlləri, etibarlı bünövrəsi Ulu Öndər tərəfindən qoyulub, onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən Azərbaycan öz inkişafının ən yüksək mərhələsinə qalxıb.

Ulu Öndər Heydər Əliyevin bütün ömrünü Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının inkişafına sərf etdiyini vurğulayan akademik İsa Həbibbəyli bildirib ki, dahi liderin bütün fəaliyyəti ərzində elm və təhsilin, mədəniyyət və incəsənətin inkişafı ən prioritet sahələrdən olub. Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gəldikdən sonra ölkədə bu sahələr intibah dövrünü yaşayıb, alim və ziyalılar, mədəniyyət və incəsənət adamları hərtərəfli qayğı ilə əhatə olunublar. Bu siyasət müstəqillik illərində də davam etdirilib.

AMEA rəhbəri qeyd edib ki, Azərbaycan elminə böyük həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev Akademiyanın inkişaf etməsinə qayğısını heç zaman əsirgəməyib. Dahi şəxsiyyət Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb, bu elm ocağının dünya miqyasında tanınmasına nail olub, elmin sürətli inkişafı üçün mühüm qərarlar verib.

Akademik İsa Həbibbəyli sovet hakimiyyəti illərində, 1975-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 30 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasının Heydər Əliyev epoxasının elmə və Akademiyaya yüksək münasibətinin əyani təzahürü olduğunu vurğulayıb. O, həmçinin Ulu Öndərin yüksək diqqəti və qayğısı ilə Azərbaycan Elmlər Akademiyasının dövrün ən yüksək mükafatlarından olan "Xalqlar dostluğu" ordeni ilə təltif olunmasını elm tariximizin parlaq hadisələrindən biri kimi yüksək qiymətləndirib.

AMEA rəhbəri bildirib ki, dövlət başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, cari ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümləri nəzərə alınaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib. O, Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğunun təminatı üçün mühüm qanunvericilik bazası rolunu oynadığını söyləyib. Akademik İsa Həbibbəyli müəllifi Ulu Öndər olan bu Konstitusiyanın Azərbaycan tarixinə həm də “Heydər Əliyev Konstitusiyası” kimi daxil olduğunu deyib.

Akademik İsa Həbibbəyli Ulu Öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən birinin özündən sonra siyasi varis hazırlayaraq Azərbaycanın gələcəyini də düşünməsi olduğunu bildirib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin tarixin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşadığını vurğulayıb.

AMEA rəhbəri bildirib ki, Ümummilli Lider Heydər Əliyev 1991-ci il 2 oktyabr tarixində Nehrəmdə seçicilərlə görüşü zamanı ən böyük arzusunun ölkəmizin ərazi bütövlüyünü tam bərpa etmək və Azərbaycanın müstəqilliyini əbədi etmək olduğunu söyləyib.

“Torpaqlarımızın işğaldan azad edilməsi Ulu Öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin əsas amallarından biri idi”, - deyə bildirən akademik İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoyduğunu, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, Qarabağ Zəfəri Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən nadir hadisəsidir.

Çıxışının sonunda AMEA prezidenti vurğulayıb ki, siyasi və iqtisadi baxımdan sabit, davamlı və dayanıqlı inkişaf edən Azərbaycanın bugünkü nailiyyətləri Heydər Əliyev siyasətinin, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirilməsinin məntiqi nəticəsidir. Bu inkişaf kursu ölkəmizi daha böyük zəfərlərə, möhtəşəm qələbələrə aparır. Bu gün Heydər Əliyev ideyaları əsasında dinamik inkişaf edən, qüdrəti və beynəlxalq nüfuzu getdikcə artan Azərbaycan yeni zirvələr fəth edir.

Sonra YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ümummili Lider Heydər Əliyevin siyasi fəaliyyəti, ictimai və iqtisadi sahədəki dərin islahatları, dahi liderin parlaq siyasi zəkası və istedadı sayəsində müasir Azərbaycanın bugünkü gerçəkliklərini yaratması və gələcəyə aparan yollarını müəyyən etməsi barədə danışıb. Bildirib ki, XX yüzilliyin 60-cı illərində Azərbaycanın sosial-iqtisadi həyatında dərin və uzunmüddətli böhranın baş verdiyi mürəkkəb bir dövrdə, respublikamızın iqtisadi göstəricilərinə görə keçmiş ittifaq respublikaları arasında sonuncu yerdə olduğu bir şəraitdə, 1969-cu iyulun 14-də Ulu Öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək ölkəmizi ağır vəziyyətdən, uzunmüddətli gerilikdən və böhrandan çıxara bildi. Belə bir şəraitdə Azərbaycanın qarşısında duran bir çox problemləri həll etmək, nöqsanları, sosial-iqtisadi geriliyi aradan qaldırmaq dahi şəxsiyyət Heydər Əliyevin taleyinə yazıldı.

Qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri müasir müstəqil Azərbaycan dövlətidir. Bu dövlətin ideya əsaslarını isə azərbaycançılıq ideologiyası təşkil edir. O, həmçinin Ulu Öndərin rəhbərliyi altında hazırlanan müstəqil Azərbaycanın ilk Konstitusiyasının 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildiyini söyləyib. Sədr əlavə edib ki, milli Konstitusiyamız bu gün çiçəklənən, inkişaf edən Azərbaycanımızın yollarına işıq salır. Prezident İlham Əliyevin apardığı uğurlu islahatlar qanunlarımızın aliliyinə söykənməklə ölkəmizin daha da çiçəklənməsinə, xalqımızın sosial-rifah halının yaxşılaşmasına xidmət edir.

Daha sonra AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov “Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi: Dövlət müstəqilliyinin əsaslarının yaradılması və nəticələri” mövzusunda məruzəsini təqdim edib. Məruzəçi Azərbaycanın dövlət müstəqilliyinin əsaslarının yaradılması və qorunub saxlanılmasında, dövlət quruculuğunda, strateji hədəflərin müəyyənləşdirilməsində Heydər Əliyevin fəaliyyətini ümumiləşdirilmiş elmi-nəzəri təhlil edib.

“Heydər Əliyevin hakimiyyətə gəlişi ilk baxışdan adi görünən, mahiyyət etibarilə böyük əhəmiyyəti olan bir hadisədə də özünü göstərdi. O, 1 noyabr 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubiley tədbirində Azərbaycan rəhbərləri içərisində ilk dəfə olaraq ana dilində - Azərbaycan dilində çıxış etdi. Ulu Öndərin rəhbərliyi ilə 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu”, - deyə professor Kərim Şükürov əlavə edib.

Məruzəçi qeyd edib ki, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına müvafiq olaraq uğurla davam etdirilir, Azərbaycan yeni zirvələr fəth edərək möhtəşəm və parlaq nailiyyətlər qazanır.

Sonda AMEA-nın bir qrup əməkdaşı ictimai-siyasi fəaliyyətlərinə görə YAP Yasamal rayon təşkilatı tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunublar.

Tədbir Ulu Öndərin siyasi fəaliyyətinə dair kitab sərgisinin nümayişi ilə başa çatıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 İyul 2025 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri