Icma.az
close
up
RU
AMEA əməkdaşının Xorasan mədəniyyətinə dair məqaləsi beynəlxalq jurnalda dərc edilib

AMEA əməkdaşının Xorasan mədəniyyətinə dair məqaləsi beynəlxalq jurnalda dərc edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 5 iyun, AZƏRTAC

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Numizmatika və epiqrafika şöbəsinin elmi işçisi Sədaqət Məmmədlinin “Azərbaycanın yazılı keramika nümunələrində Xorasan mədəniyyətinin izləri” adlı məqaləsi Türkiyənin “DergiPark” bazasında indekslənən jurnalda (“Akademik Tarih ve Düşünce Dergisi”) işıq üzü görüb.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Məqalədə Abbasilər və Samanilər dövründə keramika istehsalında baş verən mühüm yeniliklərdən, ümumilikdə İslam keramika sənətinin inkişafından və keramikanın epiqrafik material kimi rolundan bəhs edilir. Samanilərin epiqrafik keramikası İslam sənətinin ən incə nailiyyətlərindən biri hesab olunur. Həmin nümunələr IX-X əsrlərdə Şərqi İran və Orta Asiyada mədəniyyətlərin qovuşduğu Samanilər dövründə inkişaf etmiş şəhər cəmiyyətinin məhsulu idi. Onlar müxtəlif millətlərin mədəniyyətlərinin - farsların, ərəblərin, türklərin, Sasani irsinin, İslamın təsirlərinin və Çin keramika sənətinin unikal sintezini əks etdirir.

Azərbaycandan tapılmış Samani sikkələri və keramika nümunələri Xorasan mədəniyyətinin ölkəmizdən də yan keçmədiyini göstərir. IX-X əsrlərdə Xorasanda formalaşan mədəniyyət və ədəbiyyat XI əsrdə Səlcuq türklərinin qərbə doğru axını nəticəsində Azərbaycan ərazisindən keçərək Anadoluya qədər yayılmışdı.

Samanilərin Azərbaycan mədəniyyətinə təsirini hazırda Azərbaycan Milli İncəsənət Muzeyində qorunan X-XI əsrlərə məxsus qab nümunəsində görmək mümkündür. Alidlərin mədəniyyətinə aid, Cənubi Azərbaycandan tapıldığı güman edilən şəffaf şir altında ağ slip zəminində qəhvəyi slip ilə boyanmış saxsı qab nümunəsi üzərində ərəb qrafikasının kufi xətti ilə ərəb dilində yoxsulluq haqqında kəlam yazılıb. Bənzər keramika nümunələrinin üzərindəki yazıların tədqiqatına əsaslanaraq, kəlamın Həzrəti Əliyə məxsus olduğunu demək mümkündür.

Qeyd edək ki, sözügedən jurnal “Harvard University Database”, “Erih Plus”, “Index Copernicus”, “Crossref”, “İSAM”, “ASCI” və s. bazalarda indekslənir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri