Icma.az
close
up
RU
AMEA əməkdaşları üçün dövlət satınalma prosedurları ilə bağlı təlimlərə başlanılıb

AMEA əməkdaşları üçün dövlət satınalma prosedurları ilə bağlı təlimlərə başlanılıb

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 13 iyun, AZƏRTAC

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında AMEA-nın Rəyasət Heyəti aparatının, həmçinin elmi müəssisə və təşkilatlarının dövlət satınalmaları ilə məşğul olan əməkdaşları üçün ilk dəfə olaraq təlimlərə başlanılıb.

Təlimlər Azərbaycan Milli Elmlər Akademiyası və “TST Təlim və Məsləhət” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.

Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib.

Bu sahədə peşəkar mütəxəssis olan Elçin Ərbəşiyev tərəfindən keçirilən təlimlərdə məqsəd dövlət satınalmaları sahəsində əməkdaşların bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Həftə ərzində iki dəfə baş tutacaq təlimlərdə “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun qaydada ətraflı məlumat verilir. Təlim proqramı çərçivəsində iştirakçılara dövlət satınalmalarının hüquqi əsasları, satınalma planlarının hazırlanması, tender prosedurlarının mərhələləri, qiymətləndirmə meyarları, elektron satınalma sistemlərindən istifadə barədə geniş məlumat verilir. İnteraktiv formatda keçirilən təlimlərdə iştirakçılara real praktik nümunələr göstərilir və müzakirələr aparırlar.

Son illərdə dövlət satınalmaları sahəsində normativ hüquqi aktlarda edilmiş bir sıra yeniliklərin tətbiqi əməkdaşlardan daha yüksək peşəkar yanaşma tələb edir. Bu baxımdan, təlimlərin təşkili həm hüquqi mexanizmlərin daha yaxşı mənimsənilməsi, həm də praktiki biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Təlim bir ay davam edəcək və yekunda iştirakçılar öyrəndikləri nəzəri biliklər əsasında imtahan verəcəklər. İmtahanda təqdim olunacaq suallar üzrə 60 faizdən yuxarı nəticə göstərənlərə iştirak etdiyi tədbirə/təlimə dair tamamlama sertifikatı, 75 faizdən yuxarı nəticə göstərənlərə isə fərqlənmə ilə tamamlama sertifikatı təqdim olunacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 İyun 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri