Icma.az
close
up
RU
AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 2024 cü ildə nəşr olunmuş əsərlərinin Biblioqrafik göstəricisi təqdim olunub

AMEA Naxçıvan Bölməsi əməkdaşlarının 2024 cü ildə nəşr olunmuş əsərlərinin Biblioqrafik göstəricisi təqdim olunub

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Xalq qəzeti”nə verilən məlumata görə, tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, “Biblioqrafik göstərici”də bölmədə çalışan 40 elmi əməkdaşın 2024-cü ildə nəşr olunmuş əsərlərinin siyahısı əksini tapmışdır. Göstəricinin 2017-ci ildən hazırlandığını xatırladan akademik qeyd edib ki, əsərin tərtibçisi AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasovadır. Nəşri AMEA Naxçıvan Bölməsinin illik hesabatının tərkib hissəsi kimi dəyərləndirən bölmə sədri söyləyib ki, bu kitab hər bir əməkdaşın fəaliyyətini dəyərləndirmək baxımından faydalıdır. Kitabın sonuncu buraxılışına həm də bölmədə çalışan böyük laborantların əsərləri daxil edilmişdir.

Akademik çıxışı zamanı bölmə əməkdaşlarının 2024-cü ildəki fəaliyyətinin əsas göstəricilərini diqqətə çatdırıb. Vurğulayıb ki, ötən il ərzində AMEA Naxçıvan Bölməsi əməkdaşlarının əsərlərinə 4085 istinad qeydə alınmış, tətbiq olunan qiymətləndirmə sisteminə əsasən elmi əməkdaşların ümumi balı 23050 olmuşdur.

Daha sonra AMEA Naxçıvan Bölməsi Aparatının Elm və təhsil şöbəsinin aparıcı mütəxəssisi Gülvira Abbasova “Biblioqrafik göstərici - 2024” məzmunlu məruzə edib.

Məruzəçi bildirib ki, Biblioqrafik göstərici akademik İsmayıl Hacıyevin layihə rəhbərliyi və redaktorluğu ilə 2017-ci ildən başlayaraq AMEA Naxçıvan Bölməsinin Elm və Təhsil şöbəsində hazırlanaraq “Tusi” nəşriyyatında nəşr olunur.

Nəşr, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin 27 fevral 2025-ci il tarixli qərarı əsasında işıq üzü görüb. 128 səhifədən ibarət əsər “Biblioqrafik icmal – 2024-cü ilin nəticələrini əks etdirir” adlı bölmə ilə başlanır. Bu bölmədə qeyd olunur ki, ümumilikdə 17 kitab, monoqrafiya və metodik vəsait, 300 məqalə və konfrans materialı, 105 qəzet məqaləsi, 104 internet resurslarında yerləşdirilmiş material olmaqla, 526 mənbə göstəriciyə daxil edilmişdir. Elmi məqalələrdən 7-si “Scopus” və digər beynəlxalq elmmetrik bazalara daxil olan impakt faktorlu jurnallarda çap olunmuşdur.

İki hissədən ibarət olan vəsaitin birinci hissəsində əməkdaşların Azərbaycanda və xarici ölkələrdə çap olunmuş monoqrafiyaları, kitabları, jurnallarda, toplularda, dövri mətbuatda dərc edilmiş elmi və publisistik məqalələri əksini tapmışdır. Biblioqrafik göstəricinin “Köməkçi göstəricilər” adlanan ikinci hissəsində isə müəlliflərin, kitab, monoqrafiya və metodik vəsaitlərin, kitab və toplularda nəşr olunan məqalələrin və xaricdə çap olunan əsərlərin əlifba göstəriləri ayrı-ayrılıqda verilmişdir.

Daha sonra Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov çıxış edib. Natiq 8 ildir ardıcıl nəşrə hazırlanan “Biblioqrafik göstərici” seriyasının ilbəil təkmilləşdirildiyini diqqətə çatdırıb. O qeyd edib ki, 2019-cu ildən başlayaraq biblioqrafik göstəricinin birinci hissəsinə müəlliflərin müsahibələri, 2022-ci ildən isə müəlliflərin rəsmi opponentliyi əlavə olunmuşdur. 2023 və 2024-cü ilin bib­lioqrafik göstəricilərinə ilk dəfə olaraq müəlliflərin rəsmi opponentliyi ilə yanaşı elmi rəhbər­liyi və elmi məsləhətçiliyi də daxil edilmişdir.

Orxan Bağırov çıxışının sonunda apardığı statistik təhlillər əsasında bəzi göstəriciləri diqqətə çatdırıb.

Sonda kitabla bağlı tədbir iştirakçılarının təklifləri dəyərləndirilib, seriyanın növbəti kitablarında tətbiq olunacaq yeniliklər müzakirə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 May 2025 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin güclü Rusiya obrazı yaradır

03 Oktyabr 2025 12:35see230

Nəsə olsa varlılar yox, siz kasıblar öləcəksiniz Video

03 Oktyabr 2025 10:52see191

Ferrari nin rəhbəri ilə anası arasında varislik davası Məhkəmə qərarı nə olacaq?

02 Oktyabr 2025 12:04see173

Masdar: İlk panelin quraşdırılması Biləsuvar GES layihəsi üçün mühüm mərhələdir

02 Oktyabr 2025 14:55see158

Ağdamda nənə nəvə evdə yandı YENİLƏNİB

02 Oktyabr 2025 15:21see157

“SOCAR Tower” dünyada “İlin ən yaxşı ofis binası” seçilib

02 Oktyabr 2025 04:35see144

UFC çempionu Maqomed Ankalayev ağır çəkiyə nə vaxt keçəyəyini deyib

02 Oktyabr 2025 04:18see141

Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”

02 Oktyabr 2025 18:06see140

Zərdabda direktor və müavini İŞDƏN ÇIXARILDILAR

02 Oktyabr 2025 12:38see137

Samuxda ər boşanmaq istəyən arvadını başından bıçaqlayıb

02 Oktyabr 2025 07:46see135

Nura Surinin anası qazi imiş FOTO

03 Oktyabr 2025 00:20see128

İnternet, yemək içmək və yatmaq: Monteneqroda dünyanın ən qeyri adi yarışlarından biri başladı

02 Oktyabr 2025 04:02see126

Türkiyəli yutuber “Qarabağ”a görə TRT ni tənqid etdi Video

02 Oktyabr 2025 14:33see125

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see124

MDB Oyunları: Bu gün güləş və karate yarışlarına start veriləcək

03 Oktyabr 2025 08:12see121

Oktyabrın 3 də havanın temperaturu dəyişəcək

02 Oktyabr 2025 12:35see121

Bu ölkədə sinəsinə silikon edən qadınlara AĞIR CƏZA KONKRET

03 Oktyabr 2025 00:37see121

Donald Tramp Yaxın Şərqdə sülh planına dəstək verən ölkələrlə bağlı paylaşım edib

02 Oktyabr 2025 08:41see120

Tez tez boranı yeməyin orqanizmə 5 faydası

03 Oktyabr 2025 01:01see118

Yer getdikcə qaranlıqlaşır: Alimlər səbəbini açıqladılar

03 Oktyabr 2025 03:37see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri